Xəbərlər / Maraqlı

65 yaşlı kişi soyuğa meydan oxuyur – VİDEO

4-02-2017, 11:22

Oxu.Az Xəzərxəbər-ə istinadən məlumat verir ki, ancaq paytaxt sakinlərindən biri belələrindən fərqlənib. Keçmiş hərbçi olan 65 yaşlı İsgəndər Mirzəyev paltarlarını çıxararaq özünü qarın üzərinə atıb.

Bu həyəcanlı anları oğlu telefonla çəkərək bölüşüb.

Paltarını çıxarıb, özünü ayaqyalın qarın üzərinə atır. Görüntülər paytaxtın Suraxanı rayonu Yeni Günəşli yaşayış massivindəndir. Güclü qar 65 yaşlı İsgəndər Mirzəyevi sevindirib.

Keçmiş hərbçi bu hərəkətləri hər qış qar yağanda edir. Əvvəl qarda sürünür...

Sonra mayallaq aşır ki, bədəninin digər hissəsinə də qar dəysin. Qarın içində yuvarlanaraq dadını çıxarır. Hətta oturub əlləri ilə başını da qara bulayır. Xırda gimnastika ilə hərəkətlərinə son verir. Bununla özünü daha sağlam və gümrah hiss etdiyini bildirir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]