Xəbərlər / Maraqlı

Qadının başından diri tarakan çıxardılar – FOTO + VİDEO

3-02-2017, 20:05

Xeberman.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə cümə günü India.com portalı məlumat yayıb.

42 yaşlı qadın burnunda qaşınmadan oyanıb. Bir müddət sonra çətin nəfəs almağa başlayıb və yardım üçün yerli xəstəxanaya müraciət edib. Həkimlər səbəbi dördüncü dəfə müayinədən sonra müəyyən edə biliblər. Mütəxəssislər qadının başında həşəratın olduğunu anlayıblar.

Həkimlər bildiriblər ki, qadının burnundan girən tarakan beyinə kritik yaxın məsafədə, burun çəpərinin yanında yerləşib.

Əməliyyat 45 dəqiqə çəkib.

“Bu, mənim 30 illik təcrübəmdə ilk hadisə idi”, - əməliyyatı aparan həkim deyib. O bildirib ki, burun nahiyəsindən muncuq, düymə, tabaşir və hətta bir dəfə zəli də çıxarmalı olublar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]