Xəbərlər / Siyasət

Əsir düşən gəncin evində - EKSKLÜZİV FOTO, VİDEO

2-02-2017, 16:50

Ermənistan Ordusunun əsir götürdüyü Elnur Hüseynzadə Bərdə rayonun Qullar kəndindəndir. Elnurun anası Səidə Hüseynovanın İstiPress-in Qarabağ bürosuna verdiyi məlumata, görə Elnur hərbi xidmətini başa vurduqdan sonra yenidən hərbi xidmətə yollanıb və müddətdən artıq hərbi xidmətdə olub. O, sonuncu dəfə dünən səhər evdə olub.
Bərdə rayon Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətindən İstiPress-ə verilən məlumata görə, Elnur Hüseynzadənin 2013-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb və 2015-ci ildə ordudan təxris olunub.

Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi məlumatda isə deyilir ki, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin məlumatı yalandır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, cəbhədə heç bir aktiv döyüş toqquşması baş verməyib.

Elnur Hüseynzadə adlı şəxs isə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən təxris olunub və hazırda hərbi xidmətdə deyil.

Qeyd edək ki, Ermənistan KİV Ermənistan Müdafiə Nazirliyinə istinadən bir Azərbaycan əsgərinin əsir düşməsi barədə məlumatlar yayıb. Məlumata görə ötən gün 15:00 radələrində Talış kəndi yaxınlığında dumanlı hava şəraitində baş verən döyüş toqquşmasında Azərbaycan əsgəri, Bərdə şəhərindən olan 1995-ci il təvəllüdlü Elnur Hüseynzadə əsir götürülüb. Ermənistan KİV-i Azərbaycan tərəfini əsgərin əsir düşməsini gizlətməkdə ittiham edir.

istipress.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]