Əsas Səhifə / Analitika

Tovuz TSEK-in sədri “akula Akif”in xalası oğludur

20-12-2015, 20:21
Tovuz TSEK-in sədri “akula Akif”in xalası oğludurArtıq bir neçə müddətdir ki, “Bizim Dövr”ün redaksiyasına 28 saylı Tovuz ryon Tibbi Sosial Ekspertiza Komissiyasının (TSEK) sədri Arif Səmədovun yarıtmaz fəaliyyətinə dair açıqlamalar təqdim olumaqdadır. Bizə olunan müraciətlərdə xüsusi olaraq belə bir məqam vurğulanır ki, Arif Səmədovun bir çox qanunsuz əməllərindən bəhs edən şikayət ərizələri mütəmadi olaraq müxtəlif instansiyalara ünvanlansa da, indiyədək nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyalı qurumlar tərəfindən bu islaholunmaz kadrın əməllərinə son qoyulması istiqamətində heç bir tədbir görülməmişdir. Bu hala aydınlıq gətirən mənbə isə bildirir ki, səbəb Arif Səmədovun Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin himayəsində olmasındadır. İddiaya görə, Xidmət rəisinin müavini Anar Quliyevlə olan yaxın qohumluq əlaqələri TSEK sədrini bu himayə ilə təmin etmişdir. Digər tərəfdən isə, yeni aldığımız digər bir məlumatda Arif Səmədovun bir müddət əvvəl baş vermiş və əslində çox da gözlənilən olmayan xidməti yüksəlişini bu məmurun başqa bir qohumunun səyləri ilə də izah edirlər. Bu xüsusda açıqlama verən mənbənin sözlərinə görə, Arif Səmədov keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın çevrəsinə aid olmuş “akula” ləqəbli Akif Mustafayevin xalası oğludur. Xatırladaq ki, bir müddət bundan əvvəl yayılan məlumatlarda “akula” Akifin Azərbaycanı tərk etdiyi deyilmişdi. Qeyd olunmuşdu ki, o, oktyabrın 18-də, Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə uçub. Daha sonra A.Mustafayevin oradan da İspaniyaya getdiyi vurğulanmışdı. Həmçinin bu xüsusda yayılan məlumatlarda bildirilir ki, Akif Mustafayev ayrı-ayrı iş adamları haqda MTN rəhbərliyinə lazımi bilgilər verib, onları “ilişdirirmiş”. Sonradan isə, həmin iş adamlarına öz “köməyini” təklif edirmiş. MTN zabitləri ilə iş adamlarının arasında vasitəçilik görüntüsü yaradıb, külli miqdarda pul alırmış. Açıqlamalarda bu məqam da vurğulanır ki, “akula” Akif bu “xidmətlərindən” sonra MTN-in “əlindən qurtardığı” iş adamlarının bizneslərinə 20-30 faiz şərik olmaqla, onlara “krışalıq” edirmiş. Beləliklə, Arif Səmədovun fəaliyyətinə dair məlumat verən mənbə iddia edir ki, bu məmurun 28 saylı TSEK-in rəhbərliyində keçmiş sədr Nəzakət xanımı heç bir əsas olmadan əvəzləməsi də məhz Akif Mustafayevin əlaqələri sayəsində baş tutub. Həmçinin mənbə bildirir ki, Arif Səmədov, Fuad Əlizadə, Anar Quliyev və Akif Mustafayev “MTN işi” ilə bağlı cərəyan edən son hadisələrə qədər Tovuzda yeni, möhtəşəm bir biznes layihəsini reallaşdırmağa çox yaxın idilər. Belə ki, bu dördlük qərb bölgəsində misli olmayan bir istirahət-əyləncə kompleksi inşa etdirməyə hazırlaşırdı. Hətta bütün sənədləşmə işləri də başa çatdırılmış bu obyektin artıq inşaatına da start verilmişdi. Həm də “Ləman Plaza” adlandırılacağı nəzərdə tutlmuş bu kompleksə daxil olacaq otelə, hətta “7 ulduzlu” dərəcəsinin veriləcəyi də danışılırdı. Bununla da şəriklər guya ki, hazırda Tovuzda fəaliyyət göstərən 5 ulduzlu “Ayan Plaza”nı kölgədə qoymaq niyyəində idilər. Amma necə deyərlər, sən saydığını say... İş elə gətirdi ki, kölgə Eldar Mahmudovun və onun yaxın çevrəsinin başının üstünü aldı. “Ləman Plaza”nın inşaat işlərinin də başlanması ilə dayanması bir oldu. Bununla belə, Akif Mustafayevin “səhnədən gedişi” hələlik Arif Səmədovun işlərinə öz neqativ təsirini bir o qədər də göstərməyib. Artıq qeyd olunduğu kimi, Arif Səmədovun, Anar Quliyevin və Tovuz Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Paşa Muradovun şərikli sahib olduqları biznes fəaliyyətləri indi də davam edir...

Qarşı tərəfi də dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]