Əsas Səhifə / Layihə

“Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətinin göstərilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

29-10-2016, 10:33
“Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətinin göstərilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirilib
Tədbiri giriş sözü ilə açan Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB-nin icraçı direktoru Anar Məhərrəmov iştirakçıları salamlayaraq tədbirin mövzusu, proqramı haqqında məlumat verib. Daha sonra çıxış edən layihənin əlaqələndiricisi Ümüdvar Həsənov bildirib ki, layihə UNİCEF tərəfindən həyata keçirilir. Layihə çərçivəsində əhalinin aztəminatlı təbəqəsindən olan uşaqlar və onların ailələrinə (qəyyumlarına), qanunla təmasda olan uşaqlar, zərərçəkmiş və şahidlər, əlilliyi olan şəxslər, sosial cəhətdən qeyri-qənaətbəxş vəziyyətdə olan uşaqlara və onların ailələrinə, hüquq xidməti və hüquqi təmsilçilik xidməti göstərilir. Ümüdvar Həsənov qeyd edib ki, layihə çərçivəsində uşaq hüquqlarının müdafiəsi, uşaq hüquqlarının təbliği, milli səviyyədə vəkillik və ictimai maarifləndirmənin təşkili mövzusunda tədbirlər təşkil olunur ki, bütün bunlar uşaq hüquqlarının daha səmərəli müdafiəsi istiqamətində olduqca əhəmiyyətlidir. Daha sonra çıxış edən layihə üzrə hüquqşünas Vüsal Məmmədov əsasən nikah pozulmaları və alimentin ödənilməsi məsələlərinə toxunub, beynəlxalq və yerli qanunvericilikdə bu məsələ ilə bağlı qəbul olunmuş qanunları iştirakçıların nəzərinə çatdırıb. O, son dövrlər boşanma faktlarının artdığını, bunun səbəb və nəticələri haqqında çıxışlar edib. Natiq uşaqların gələcəyi, sağlamlığı, düzgün tərbiyəsi, cəmiyyətə, dövlətə daha xeyirli övlad üçün sağlam ailənin vacibliyini diqqətə çatdırıb. Həmçinin o çıxışında qeydə alınmış boşanma faktları ilə əlaqədar alimentin ödənilməsinin uşaqların sosial təminatı, maddi ehtiyacları, onların təhsil almaları və digər qayğılarının aradan qaldırılması üçün vacibliyini qeyd edib. Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]