Əsas Səhifə / Gündəm

İran və Rusiya Əsədi satmağa razılaşdı

19-12-2015, 09:39
İran və Rusiya Əsədi satmağa razılaşdı

İran və Rusiya Suriya konflikti ilə bağlı ümumi razılıq əldə edə biliblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi özünün İrandakı etibarlı mənbəsinə istinadən yayıb. Mənbə Əsədin gedəcəyi təqdirdə onun yerinə etibarlı adımın gətirilməli olduğunu bildirib:

“İran və Rusiya Suriyanın taleyi ilə bağlı ümumi razılığa gəliblər. İran bundan sonra da Rusiyanın yanında yer alacaq. Əsədlə bağlı sərfəli diplomatik təklif olandan sonra Tehran ondan tamamilə əl çəkəcək. Moskva və Tehran həmçinin ABŞ-ın Yaxın Şərqdəki hökmranlığına qarşı birgə mübarizə aparmaq üçün də birləşə bilər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]