Əsas Səhifə / Ölkə

Milli Şuranın Qərbə sığınmasının səbələri - ARAŞDIRMA

19-10-2014, 18:37
Milli Şuranın Qərbə sığınmasının səbələri - ARAŞDIRMA
Milli Şuranın Qərbə sığınmasının səbələri
Xalqxeber.Az - Son illər dünyada cərəyan edən siyasi proseslər onu göstərdi ki, ABŞ Yaxın Şərqdə öz hegamonluğunu nümayiş etdirmək və dünyanın idarəçiliyini vahid əldə formalaşdırmaq məqsədilə ayrı-ayrı ölkələrdə dırnaqarası demokratiya və söz azadlığı adı altında dövlət çevrilişləri həyata keçirir və bu yolla həmin ölkələrin iqtisadiyyatını çökdürür. Artıq danılmaz faktdır ki, ABŞ höküməti tərəfindən gizli yolla ayrılmış maliyyə vəsaitləri hesabına Əfqanıstan, İraq, Tunis, Misir, Liviya və Suriya kimi ölkələrdə qanlı müharibələr törədilmiş, nəticədə minlərlə insan qətlə yetirilmiş, ölkələrin inkişaf tempi sıfıra düşmüşdür. Təəssüf ki, qeyd olunan bütün məqamlar dünyanın gözü qarşısında baş versədə beynəlxalq təşkilatlar bu istiqamətdə ABŞ-a qarşı heç bir xəbərdarlıq və ya sanksiya tətbiq etmir, əksinə bunu ABŞ-ın dünyaya sülh və demokratiya yolunda xidməti kimi təqdim edirlər. Bu da əbəs deyil. Çünki, dünyanın ən nüfuzlu təşkilatları əslində ABŞ höküməti tərəfindən idarə olunmaqla, Ağ Ev-in maraqlarına uyğun qərarlar qəbul edirlər.

Azərbaycanda da bəzi müxalifət təmsilçiləri ABŞ-a sığınmaqla ölkədə kütləvi iğtişaşlar törətmək, bu yolla hakimiyyəti ələ almaq niyyətini davam etdirməkdədir. Maraqlı cəhət odur ki, əvvəllər bu proses ABŞ höküməti tərəfindən qeyri hökümət təşkilatlarına verilmiş qrant adı altında qeyri-leqal maliyyə vəsaitləri hesabına planlaşdırılırdısa, indi proses tamam başqa yönə istiqamətlənmişdir. İş orasındadır ki, müxalifətin ən böyük birliklərindən olan Milli Şuranın sonuncu mitinqində ABŞ-Milli Şura əlaqələrini açıq şəkildə görmək mümkün idi. Belə ki, mitinq zamanı az qala sayı Azərbaycan bayraqlarından çox olan ABŞ prezidenti Barak Obamanın şəkillərini və Avropa Birliyinin bayraqlarını görmək mümkün idi. Görəsən, Milli Şura Barak Obamanın şəkillərini mitinqdə nümayiş etdirməklə nə demək istəyirdi? Bəlkə onlar ABŞ-dan imdad diləyirlər ki, Yaxın Şərqdə həyata keçirilən hərbi əməliyyatları Azərbaycanda da təkrar etsin? Belə olmasaydı Milli Şura tərəfdarları ABŞ prezidentinin şəkilləri ilə yanaşı İŞİD terrorçu qruplaşmasına aid bayraqları yanaşı şəkildə nümayiş etdirməzdilər. Maraqlıdır, bəlkə bizim müxalifət indi də İŞİD-çi qüvvələri də özlərinə cəlb etmək və saylarını artırmaq istəyirlər?

Xalqxeber.Az

Administratorla əlaqə

077 611-55-22

[email protected]