Əsas Səhifə / Ölkə

AĞSUDA SÜRÜCÜLÜK VƏSIQƏSI SATAN MƏMURLA BAĞLI GÖRÜNTÜ ORTAYA ÇIXDI

17-12-2015, 21:01
AĞSUDA SÜRÜCÜLÜK VƏSIQƏSI SATAN MƏMURLA BAĞLI GÖRÜNTÜ ORTAYA ÇIXDIDİN-in Ağsu rayonlararası İmtahan Komissiyasının sədri Sahib İmanovun 800 manat pul tələb etməsi videoya çəkilib
Hələ bir müddət əvvəl yazmışdıq ki, Azərbaycanda baş verən avtomobil qəzalarının böyük əksəriyyəti vətəndaşlara pulla satılan sürücülük vəsiqələridir. Çünki pulla alınan həmin sənədin sahibləri düz-əməlli maşın sürə bilmədiklərindən, qəzalara yol açan səhvlər edirlər.
Bu məlumatlarımızı təsdiq edən maraqlı bir məlumat ortaya çıxıb. Sosial şəbəkələrdə yayılmış məlumata görə, DİN-in Ağsu Rayonlararası İmtahan Komissiyasının rəisi Sahib İmanov vətəndaşlardan sürücülük vəsiqəsi müqabilində pul tələb edirmiş. Hazırda bu komissiyadan keçərək vəsiqə sahibi olmaq üçün hər bir şəxsin 800 manata yaxın pul verməsi lazımdır.
Amma maraqlı odur ki, rayon sakinlərindən biri Sahib İmanovu fakt qarşısında qoyacaq hərəkətə imza atıb. Məlumatlarda deyilir ki, rüşvət tələb olunan vətəndaş Sahib İmanovla görüşündə bütün danışıqları və alış-verişlərini videogörüntüyə alıb. Həmin görüntülərdə komissiyanın rəisinin ondan 800 manat rüşvət istəməsindən bəhs olunur.
P.S. Baş Dövlət Yol Polisi İdarəsi görəsən bu dəfə hansı «məntiq»li açıqlama ilə çıxış edəcək?

Administratorla əlaqə

077 611-55-22

[email protected]