Əsas Səhifə / Müsahibə

İlahiyyatçı: "Elşad Miri dindən çıxıb"-MÜSAHİBƏ

17-12-2015, 20:35
İlahiyyatçı: "Elşad Miri dindən çıxıb"-MÜSAHİBƏ Son zamanlar din ilə bağlı mətbuatda kifayət qədər yazılar dərc olunur.Amma əksər mövzuların mübahisə şəklində,tərəflər arasında soyuq müharibə gedir.Bütün bunlara aydınlıq gətirmək üçün "ULUYOL.İNFO" xəbər portalının bu dəfə ki,qonağı ilahiyyatçı-yazar Mahir Şəkərovdur.

KİV-də Elşad Mirinin dini zəmində iki yazısı çap olunub, xəbəriniz varmı?

-Bəli. Hər gün ilk işim, mediada gedən xəbərləri izləmək olur. Düzü son zamanlar oxuduğum xəbərlərin əksəriyyətinə də inanmıram. Bu barədə yazı da dərc etmişdik. Bir saytda bir xəbər paylaşılır, hamı da onu kütləvi şəkildə yayır. Sonra başqa sayt yazır ki, sən demə bu məlumat yalan imiş. Mən inanıram ki, bu yalan informasiyanı yayıb, daha sonra həqiqəti əks etdirməyin özü də psixoloji müharibədir.

Elşad Mirinin yazılarından bəzi məsələlərə münasibətinizi bilmək istəyərdik. Elşad Miri qeyd edir ki, "məscidlərdə Allah adı peyğəmbər (s) adı ilə eyni sırada yazılıb.” Sizcə bu düzgündür?

-Bəli düzgündür. Bunda nə var ki. Bəziləri dini ya düz başa düşmür, ya da ki, bilə-bilə, din adı ilə onu gözdən salmağa çalışır. Quranda Allah özü buyurur ki; "(Ey peyğəmbər!) De:Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah mehriban və bağışlayandır. (Ali-İmran sürəsi 31-ci ayə)
Başqa sözlə, təkcə Allahı sevmək (onun göndərdiyi Qurandan yapışmaq) kifayət etmir, həm də onun peyğəmbərini (s) sevmək (onun buyuruqlarına əməl etmək) lazımdır.Bu Quranın məntiqidir! Bu Allahın istəyidir! Bundan daha açıq bir dəlil?
Ayədən də göründüyü kimi, biri peyğəmbəri (s) sevməsə, Allah da onu sevməz və günahlarından keçməz. Ayənin bu hissəsi: "Mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.” (Ali-İmran sürəsi 31-ci ayə) sözümüzə dəlildir.
Allah və peyğəmbərin (s) adını bir sırada yazmağı şirk kimi qələmə vermək istəyənlər əvvala bu mövzuları (red: "Təvəssül” "Təbərrük”) nəzərdən keçirtsin. Allahın icazə verdiyi bir şeyə heç kim qadağa qoya bilməz. Məscidlərdə də, Allah adının peyğəmbər (s) adı ilə yanaşı yazılmasının heç bir eybi yoxdur.
İslamda "Təvəssül” "Təbərrük” adlı iki mühum məsələ var ki Quranda və sünnədə buna kifayət qədər misallar var. Bəs buda şirkdir?Quranı oxumaqla yanaşı onu anlamaq lazımdır.

Sünnə dedikdə nəyi nəzərdə tutursunuz?

-Allah Rəsulunun (s) hədisi (sözü), onun etdiyi iş və əməllər (feli), onun başqalarının işini yaxud sözlərini təsdiqləməsi (təqriri).

Qara bayraq məsələsi də gündəmdədir. Bu barədə nə deyə bilərsiniz? Hz peyğəmbər(s) bir lider kimi hansı rəng bayraqdan istifadə edib?

-Rəng məsələsi psixoloji bir amildir.Bəzi məsələlərdə rəng məsələsi mühümdür. Hər bir rəngin özünəməxsus anlamı var. Bir nümunə qeyd edib, əsas cavaba keçək. Qırmızı rəng iştahanı açır. Qida şirkətlərinin loqosuna fikir versək onların hamısının qırmızı olduğunu görə bilərik.Qırmızı təzyiqi artırır və qan axınını sürətləndirir. Buna görə gənclərə aid olan məhsulların özlərində və loqolarında (geyim, fastfood, sport maşınlar və s.) qırmızıya üstünlük verilir. Bir çox maşın şirkətləri adrenalini artırmaq, gücü göstərmək üçün qırmızıdan istifadə edir.
İnsanlar qırmızı fonlu məkanlarda zaman anlayışını itirməyə başlayır, yuxusuzluq yaranır. Gecə kulublarında, barlarda qırmızı fondan istifadə olunur.
Ağ rəng təmizliyin rəmzi kimi bilinir. İslami hədislərdə "ağ paltar” geyinmək tövsiyə olunur və savabı vardır. Bugün həkimlər də, təmizlik və gigeyana baxımından ağ rəngli xalatlardan istifadə edir. Çünki ağ rəngdə kir daha tez görünür.
Sualınızın cavabına gəlincə, qara rəng bir növ matəmin göstəricisinə çevrilib. Yaxınları vəfat edən şəxslər adətən qara geyinirlər. Qəmli bir rəngdir. Eyni zamanda qara rəng, gücün və qüdrətin göstəricisidir.Gücü təmsil edir. Allah Rəsulunun (s) döyüşlərdə istifadə etdiyi bayraqlar "ağ”, "qara”, və "yaşıl” rəngdə olub. Əməvilər daha çox ağ bayrağa, Abbasilər isə qara bayrağa üstünlük verirdilər.
Bunu da qeyd etmək lazımdır ki, bir cəmiyyətdə müsbət məna daşıyan rəng, başqa bir mühitdə tam əksini ifadə edə bilər. Məsələn qara rəngin özünü götürək. Bir çox mədəniyyətlərdə matəmi ifadə edən qara rəng, Yaponiyada xoşbəxtliyin rəmzidir.

İslamın rəngi hansıdır? Bəzilər ağ rəngi və əksəriyyəti, yaşıl rəngi qeyd edir.

-Hansısa rəngi sırf İslama aid etmək düzgün olmazdı. Bəli, bəzi rənglər İslam baxımından bəyənilir, bu öz yerində. Amma yaşıl rəngi sırf İslam adına yazmaq və "İslamın rəngi yaşıldır” demək düzgün olmaz. Çünki İslam bizi ilahi rəngə boyanmağa dəvət edir. "(Ey iman gətirənlər, deyin: ) (Biz) Allahın rənginə boyandıq. Allahın rəngindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik". (Bəqərə surəsi, ayə 138)
Deməli, İslamın rəngi, rəngsizlikdir.

Bəs yaşıl rəngi İslam rəngi kimi təqdim edənlərin dəlili nədir?

-Bu sualı həmin şəxslərə ünvanlamağınız daha yaxşı olardı. Amma bu qədərini deyim ki, yaşıl rəng sakitləşdirici, yardımsevərliyi nümayiş etdirən,insana rahatlıq gətirən bir rəngdir. Həkimlər, kömpüter arxasında çox əyləşən və ya gözü ağrıyan şəxslərə təbiətə, yaşllığa baxmaları tövsiyə edirlər. Yaşıl vegeterianlığı təmsil edir.
Peyğəmbər (s) və əhli-beyti yaşıl geyimdən istifadə ediblər. Hətta Cənnət əhlinin geyiminin də yaşıl olacağı qeyd olunur. (Kəhf 31 və İnsan 21)
Başqa yerdə isə möminlərin Cənnətdə "yaşıl rəngli balışlara söykənəcəkləri” qeyd olunur. (Rəhman 76)

Bəlkə də bu müsbət cəhətlərə görə onu İslamın rəngi kimi təqdim edirlər. Amma Quran ayəsinə əsasən İslamın rəngi, rəngsizilkdir. (Bəqərə 138)

Elşad bəy qeyd edir ki, peyğəmbərin (s) Qurandan başqa heç bir möcüzəsi yoxdur. Bəs siz necə düşünürsünüz?

-Sizə düşündüyümü deyil, Quran və hədislərdən ələ gələn nəticəni deməyə çalışıram. Bəli, Elşad bəyin qeyd etdiyi kimi Quranda möcüzə sözü yoxdur. Düzdür. Amma Elşad bəyin diqqətinə çatdırım ki, İslam dini "kəlimə oyunu deyil.” Ona qalsa çox söz Quranda yoxdur. Hansısa sözün yoxluğu, o məsələnin inkarına dəlil ola bilməz. Quranda "merac” sözü də açıq-aşkar yoxdur. Amma "Merac hadisəsi” peyğəmbərin (s) həyatında baş vermiş və bir sıra ibrətlərin olduğu bir hadisədir. Hətta bəzi dini məsələlər də Quranda yoxdur. Biz onları Allah Rəsulunun (s) sünnəsindən öyrənirik.
Quranda oruc tutmaq əmr edilir. (Bəqərə 183) Amma orucun əsas hökmləri – orucu batil edən işlər, oruc tutana məkruh olan işlər, orucun kəffarəsi, orucun qəzası, hansı halda oruc tutan kəffarə verməlidir? Kəffarəni kimə verməlidir? Necə verməlidir? Haçan verməlidir? və bu kimi bir çox hökmlər Quranda göstərilmir və bu hökmləri bizə izah edib çatdıran Hz peyğəmbər (s) dir. Və ya Quranda "namaz qılın” deyə əmr olunur. (Bəqərə 43) Amma namazın əsas hökmləri – namazın rükətərinin sayı, vacib namazlar, nafilə namazlar və bu namazın hökmləri, namazı pozan hallar və namazla əlaqəli bir çox hökmlər Quranda göstərilmir.
Möcüzə acizlik sözündən əmələ gəlib və "qadir olmamaq,” mənasına gəlir. Peyğəmbərlərin (ə) göstərdikləri möcüzələri, digərləri təkrarlaya və həyata keçirə blmədikləri üçün, ona möcüzə adı vermişlər.

-Peyğəmbərin (s) Qurandan başqa hansı möcüzələri olub?

Allah Rəsulunun (s) müxtəlif zamanlarda möcüzələri olub. Burda hamısını qeyd etmək, oxucular üçün də yorucu olar. Bəziləri möcüzə ilə kəraməti qarışdırır. Elə bu qarışıqlığın nəticəsidir ki, bəzən möcüzəni inkar edirlər.
Möcüzə - o zaman baş verir ki, qarşı tərəf peyğəmbəri (s) qəbul etmir və o da öz peyğəmbərliyini (s) sübuta yetirmək üçün, fövqaladə bir iş görür. "Qurandan başqa möcüzə yoxdur” deyənlərə bir sualım var. Bəs, peyğəmbərin (s) həyatı boyunca baş vermiş və müxtəlif zamanlarda göstərdiyi möcüzələr necə olsun?

Müsəlmanlar bəzi gün və gecələri, müqəddəs hesab edir və həmin zamanı daha təm-təraqlı qeyd edirlər...

-Bunun heç bir eybi yoxdur, hətta savabı vardır. İlahi nişanələri xatıladan hər bir şeyə ehtiram bəsləməyi bizə Quran öyrədib. Allah buyurur: "...Kim Allahın nişanələrinə ehtiram göstərsə, şübhəsiz (bu ehtiram) qəlblərdəki ehtiramdan hasil olur. (Həcc 32)
Hətta Allah dəvəni də, dinin əlamətləri kimi Quranda göstərir. (Həcc 36)
Bu və bu kimi ayələrə əsasən mövlud və şəhadət günləri, qəndil gecələri də müsəlmanlar tərəfindən qeyd olunur.

Peyğəmbər (s) də bizim kimi adi insandırmı?

-Quranda Allah Rəsulunun (s) da bir bəşər olduğu qeyd olunur. (Kəhf 110)
Bəzi ayələr var ki, onların təfsirinə baxıb və daha sonra bu haqda danışılsa daha faydalı olar. Bu ayə də o qəbildəndir. Bu ayənin təfsirinə baxılsa məsələ həllini tapar.Bu ayədə həm nübuvvət, həm məad, həm ilahi rəhmətə ümid, həm ona çatmaqda göstərilən cəhd, həm də əməldə ixlas mözularına toxunulmuşdur. "Mən də bir bəşərəm” ayəsi bəzilərini İslamdan kənar salıb. Peyğəmbərin bir bəşər olması deyil, bir bəşər olmaması təəccüblü olardı. Quran bu ayə ilə bizə öyrədir ki, necə varsınızsa özünüzü o cür təqdim edin. Hətta peyğəmbər də olsaz... Bəziləri bu ayədən sui-istifadə edir və Allah Rəsuluna (s) istədikləri söz və əməli nisbət verməyə başlayırlar. Siz Allah diqqət edin. Əvvəl deyirlər ki, "o da bir insandır.” "Sonra deyirlər ki o da günah edə bilər.” Sonra da onun sözlərini təhrif edirlər. Bu bir bəladır ki xristianlıq buna tuş gəldi. İsa (ə) –ı o qədər adiləşdirdilər ki, onun öldürmək istədilər. İsa (ə) peyğəmbərə itaət yerinə onu ittiham etməyə başladılar. İndi xristianlıqda məzəli İncil kitabları var. Bütün bu işlər hardan vüsət tapdı? Peyğəmbəri (ə) adiləşdirdikləri an. Odur ki təkcə ayənin zahirini götürüb peyğəmbər (s) haqda istədiyimiz kimi danışmaqdan çəkinməliyik. Və bunun əksi, peyğəmbəri (s) Allah həddinə də çıxartmaqdan çəkinməliyik.

Bəziləri Harun Yəhyanı (Adnan Oktarı) Mehdi adlandırır...

-Məhdəviyyət bir inancdır ki, bütün dinlərdə, məzhəblərdə mövcuddur. Dünyanın sonunda bir xilaskarın gələcəyi, dünayanı zülmlə dolduğu kimi, ədalətlə dolduracağı qeyd olunur.
Harun Yəhyaya gəlincə; O əxlaqsızlığı ilə tanınan, gecə gündüz, qadınlar ilə, eyş-işrət məclisləri quran biridir. Guya dindardır və kitab yazıb. Amma mənim əqidəm budur ki, o bir məqalə də yazmayıb. Buna özümün dəlilim var. O massonluğu ilə öyünən və ermənilərə qardaş deyə xitab edən biridir. Onun kimliyi hamıya bəllidir. Odur ki, bu haqda çox danışmaq istəmirəm.

Hz Mehdi adlı şəxsin gələcəyi mütləqdir?

-Əlbəttə. O (ə) bir gün mütləq gələcək, mütləq.

Elşad Mirinin iddialarından biri də peyğəmbərlərin səhvləri ilə bağlıdır. Və buna Qurandan dəlil gətirir.

-Peyğəmbərlər səhv və xətadan uzaqdırlar. Hər kim peyğəmbərə (s) səhv və xəta nisbət versə, onda əqidəsi kamil deyil və o dini düz anlamayıb. Yaxşı bilirəm o hansı ayələrə istinad edir və bu səhv nəticəyə gəlib. Elşad bəyə demək istəyirəm ki, zəhmət çəkib, o ayələrə birdə nəzər etsin, təfsir deyilən bir şey var, açıb vərəqləsin. Elşad bəy, hələ o elmi səviyyəyə yetişməyib ki, özü Quranı oxuya və təhlil edə və deyə ki, bu ayədə qəsd olunan məna budur. Hər bir ayənin nazil olma səbəbi var. Harda, niyə nazil olub? Bir elm adamı bir məsələ barədə danışanda, ayə zikr edəndə gərək bunları bilə. Hələ o məsələ peyğəmbərdirsə...
Elşad Miri bir dəfəsində peyğəmbər (s) barəsində danışanda peyğəmbərin (s) hətta namazının da qəzaya gedə bilməsi iddiasını etdi. Bu necə əqidədir? Bu hansı dindir? Elşad bəy, hansı Qurana, hansı İslama xidmət edir? Çox təəssüf edirəm onun halına. Bir peyğəmbər (s) bu asanlıqla günah edirsə, namazı qəzaya gedirsə onda bu necə nümunə ola bilər? Bu peyğəmbərlərin xüsusiyyətləri ilə də ziddir. Hər iki məzhəbin (red: şiə və sünni) kitabında yazılıb ki, peyğəmbərlər məsumdur. Bu bir mənalıdır. Baxın, bu gördüyünüz kitab əhli sünnət kitabıdır. Türkcədən tərcümə olunub. Və bu kitab əhli sünnət mədrəsələrində tədris olunan bir kitabdır.Və bu məsələ burda da bu cürdür.Bəs Elşad bəy nəyə qulluq edir, desin ona da ordan dəlil gətirək.



Elşad Miri, bildiyim qədər din sahəsində böyük alimdir.Sizin dediklərinizi o bilmirmi?

-Quran məntiqində alim bilən yox, bildiyinə əməl edəndir. Başqa sözlə, alim bilən deyil, bildiyini vicdanında dayandırandır.

Son günlərdə İmam Hüseyn (ə), Aşura mərasimləri ilə bağlı məsələlər gündəmə gəlib. Əli Nağıyev və Elşad Mirinin müsahibələri müzakirələrə səbəb oldu...

İlahiyyatçı: "Elşad Miri dindən çıxıb"-MÜSAHİBƏ-Bəli, bu haqda bir sıra ilahiyyatçı və yazarlar öz etirazlarını bildirdilər. Bu kimi addımlarla İslami dəyərləri heç kim aradan apara bilməz. İslam yer üzündə hakim və mütləq din olacaq. İmam Hüseyn (ə) ittiham edib, ona böhtan atanlara elə İmam Hüseynin (ə) dili ilə cavab vermək istəyirəm. "Dininiz yoxdursa, qeyrətiniz olsun.”

İlahiyyatçı: "Elşad Miri dindən çıxıb"-MÜSAHİBƏƏgər Allah öz dinini qoruyacaqsa, onda bəs nə üçün, müsəlmanlar hər işə tez reaksiya verirlər? Elə gündəmdə olan Əli Nağıyev məsələsinə artıq bir çox ilahiiyatçı və yazarlar münasibət bildirib. Onların içində sizdə varsınız.

-Allah öz dini qoruyacaq bu mütləqdir. Amma bizim də bir müsəlman kimi, dini dəyərlərimizi müdafiə etməyimiz lazımdır. Allah Rəsulu (s) buyurur: "Bir zülmü gördüyünüzdə ona dilinizlə cavab verin. Buna gücünüz çatmasa, əlinizlə. Buna da gücünüz çatmasa ürəyinizdə o işə nifrət edin.”
Bugünümüzün əsas problemlərindən biri də bu məsələdir. Bir dini məsələ ortaya çıxdıqda hamı gözləyir ki, kimsə buna cavab verməlidir. Bu səhv düşüncə tərzidir. Gərək hər birimiz bir əskər kimi dinimizin sərhədlərində dayanaq və yad düşüncənin, yad fikirlərin dinimizə daxil olmasına mane olaq.

"Siz fikir verin, dinlə bağlı danışıqlarda, söhbətlərdə İmam Əlinin, İmam Həsənin yox İmam Hüseynin adı çəkilir. Bu gün onun ön plana çıxarılmasının əsas səbəblərindən biri İran ideologiyasıdır.” Bunu Elşad Miri deyir.

-Elşad Miri inciməsin, amma o hələ də İslamdan heçnə anlamayıb. O hələ də İmam Hüseyni (ə) tanımayıb və bu cür təəssüfkeşliklə heç anlamayacaqda...

Müsəlmanlar İmam Hüseyni (ə) niyə bu qədər çox sevir?

-Çünki, İmam Hüseyn (ə) müsəlmanlara əyilməzliyi, şücaəti öyrətdi. İmam Hüseyn (ə) müsəlmanlar üçün azadlıq simvoludur. İmam Hüseynin (ə) mübarizəsi qanın qılınca qələbəsidir.


Elşad Miri: " ...İmam Hüseynin (ə) arxasında namaz qılanların bəziləri Kərbəla döyüşündə Yezidin tərəfinə keçmişdilər.”

-Nə olsun ki... Məgər bu, İmam Hüseynin (ə) fəzilətinə və şəninə bir eyib gətirir? Bu gülməli nonsensdir. Baxın tarixə, peyğəmbərin (s) arxasında beş vaxt namaz qılanlar, adları səhabə olanlar peyğəmbərdən (s) sonra nələr etdilər? Nə fitnələr yaratdılar? İndi Elşad bəy durub bunu da peyğəmbərə (s) irad tutsun... Onun işi-gücü də budur onsuzda... Heç olmasa Quran oxusunlar. Quranda Nuhun oğlu, Lut və Nuh peyğəmbərin xanımları ilahi əzaba tuş gəlmədimi? O ki qala arxasında namaz qılan... İndi kim peyğəmbər (s) və ya İmam Hüseynin (ə) arxasında namaz qılıbsa deməli o xətadan münəzzəhdir? İnsan ölüm anına qədər şeytanla mübarizədədir. İman və küfr bir sərhəddir. İnsan qəlbi bir an içində müsbət və ya mənfiyə doğru dəyişə, çevrilə bilər. Elə "qəlbə” də bu baxıma görə "qəlb” deyilir. Odur ki, heç kim gərək bir nəfərin son aqibəti bəlli olmayana qədər onun haqqında yersiz danışmaya.

[i][b]Deyirlər ki, İmam Hüseyn (ə) həcci yarımçıq qoyub...[/b]
[/i]
-Bilmirəm bu fikri ilk dəfə kim icad edib, amma buna çox rast gəlmişəm. Elşad bəyin də yazısında gördüm. Bu fikir özü də səhvdir.
Məgər Hz Hüseyn (ə) həcc əməlinə rəsmi başlamışdı ki, yarımçıq da qala? Burda əsas olan iki rəy var. Biri budur ki, Hz Hüseyn (ə) ümrə həccini yerinə yetirdi. İkinci rəy budur ki, həccini, ümrəyə çevirdi. Hər halda, Hz Hüseyn (ə) Zil-hiccənin 8-i Məkkəni tərk edib, əgər bu hadisə 9-u olsaydı onda həccin yarımçıq qalmasından danışa bilərdik. Yenə deyirəm, bu sualların yaranması yenə də əqidəmizin sağlam olmamasına qayıdır. Hey, bir yerlərdə ilahi şəxslərdə səhv tutmağa çalışırıq. Araşıdıraq, öyrənək. Mən kor-koranə təqlidin qəti əleyhinəyəm. Lakin bu araşdırma bizi o həddə çatdırmasın ki, peyğəmbəri (s) ilahi şəxsləri, dini dəyərləri məsxərə edək. Hidayət olduq deyə sevindiyimiz yerdə, zəlalət quyusuna düşməyək.

[b[i]]Elşad Mirinin tutduğu iradlardan biri də budur ki, şiələr uşaqlarına Ömər, Osman, Aişə adını vermirlər...[/b][/i]

-Bunu bilmək lazımdır ki, Allahın bəzi adları var ki, onları qətiyyən insana vermək olmaz. Əhəd adı kimi. Bu sırf Allaha məxsusdur. Amma insan adlarına gəlincə; Heç kimə qadağa qoyulmayıb ki, hansısa adı ver ya vermə. Ad vermək məsələsi hər kəsin şəxsi işidir. Bəli, İslam bizə övladlarımıza gözəl adlar verməyi tövsiyə edir. Adın insana bəzən təsiri olur və bəzən heç bir təsirə malik olmur. Əli adını daşıyan Əli Nağıyev kimi. Adı Əlidir, Amma Hz Əlinin yolunu getmir. Peyğəmbər adını daşıyan nə çox kimsələr var ki bir dəfə də olsun alnı səcdəyə getməyib. Bu birinci məsələ.
İkinci bir məsələ; Şiənin kitablarından sizə dəlil gətirə bilərəm ki, hətta imamlar öz əshabına bəzi mövqelərdə oğlan uşağına Ömər adının qoyulmasını tövsiyə edir. (Əlbəttə bunun səbəbləri var)
[i][b]Ümumiyyətlə bir məsələ qabağa çıxanda ilk öncə, o məsələnin kökünə getmək lazımdır. Hz Əli (ə) övladlarına hansısa adı qoyub? Niyə?[/b][/i]
Bu "niyə”dir ki məsələni həll edir. Məni pis anlamayın, amma mən bu məsələnin əksini də isbat etməyə hazıram.
Necə yəni? Hz Əli (ə) uşaqlarına qeyd olunan adları verməyib?
Əgər söhbət sırf Hz Əli (ə) –dan gedirsə, bəli elə şey olmayıb. Bunu özümdən icad etmirəm. Dediyimə, hər iki məzhəbin kitabında bunu təsdiqləyən mənbələr var. Kimə hansı məzhəbdən lazım olsa, mənbəsini deyim axtarsın.
Amma tarixdə və hədislərdə qeyd olunan adlarda səhabələrdə mövcuddur.Hətta Yezid adında səhabələr var. İslamda əsas əqidədir. Qiyamət günü adlara baxıb haqq-hesab etməzlər, əmələ baxacaqlar.
Bu adların qoyulması bir neçə səbəbə bağlıdır.
Biri adət ənənəyə bağlıdır. Məsələn bir ad bir məntəqədə çox qoyulur. Və bir ad heç qoyulmur. Bir neçə il öncə Hz Yusifin filmi televizya vasitəsi ilə yayımlandı. Həmin ərəfədə əksər insanlar oğlan uşaqlarına Yusif adını verdilər. Nəyə görə? Çünki film vasitəsi ilə olsa da onu tanıdı və ona olan sevgidən dolayı bu işi gördülər. Bunun əksi olaraq illər öncə bir teleserial yayıldı. Orda baş rolda gedən, bir qızın adı, o zamanlar qız uşaqlarına ən çox qoyulan ad idi. Həmin zamanlarda da qeyd olunan adlar geniş yayılmış adlar olub, və qoyulub.
Adların qoyulması da sırf o şəxsə olan məhəbbətdən irəli gəlməz. Ona qalsa gərək bütün müsəlman dünyası oğlan uşaqlarına "Muhəmməd” (s) adını versinlər. Amma belə deyil. Bu o demək deyil ki, peyğəmbərə (s) sevgimiz yoxdur.
Bəzən adları yaşatmaq üçün, babalar ya nənələr nəvələrinə öz adlarını verirlər.
[i][b]Burda daha önəmli bir məsələ var. Elşad Miri və bu iddianı edənlər sübut edə bilərlərmi ki, Hz Əlinin (ə) və digərləri ki, oğlanlarına xəlifələrin adlarını veriblər, məhz həmin xəlifənin adıdır?
[/b][i]
-Çox gülünc iddiadır. Təsəvvür edin. Bir məntəqədə bir nəfərin adı Abbasdır. (red: Ad şərtidir). Lap deyək Abbas müəllim. Birinin də oğlan uşağı olur. Ona da Abbas adını qoyurlar.İndi Abbas müəllim deyə bilərmi ki, siz övladınıza niyə mənim adımı qoymusuz?! Bunu hansı ağıllı qəbul edər?! İslamı görün nə hala salıblar?
Hz Əli (ə) özü də bəzi yerlərdə etiraf edib deyib ki, "övladıma qoyduğum adın xəlifəni adı ilə heç bir əlaqəsi yoxdur. Mən qardaşım filankəsin adını övladıma qoymuşam.” Hədisin mətnində səhabənin adı da var.
[b]Gəlin məsələyə biraz da fərqli yanaşaq. Bir sünni uşağına şiə adı qoymursa o səhv iş görür?[/b][i][/i]
Və ya əksi; Şiə bunu etmirsə səhv addım atır? Ümumiyytlə adları sünni və şiəyə ayırmaq hansı məntiqdən qaynaqlanır. Niyə ixtilaf salınır?

Nigeryada baş vermiş hadisəyə münasibətiniz?

-Baş vermiş hadisə qəlbimizi parçaladı.Mən onu hadisə yox, faciə adlandırıram. 300 nəfərin şəhid olduğu bir faciədir. Baş vermiş bu hadisəni pisləyirik.

Orda dünyasını dəyişənlər şiələr idi?

[i][b]-Bu sualınıza görə təəssüf hissimi bildirirəm. İslam düşmənlərinin bir oyunudur şiə və sünni müharibəsi. Şiələri qırırlar deyirlər sünnilər etdi. Sünnini öldürürlər deyirlər, şiələr etdi. Belə olan halda şiə və sünni bir- birinə etimad etmir. Aralarında soyuqluq yaranır. Elə düşmənin də istədiyi bu deyilmi? Bu çirkin siyasətin acı aqibətidir ki,indi bu sualı eşidirəm. Elə buna görədir ki, düşmənlər şiə və sünniləri rahatlıqla öldürür. Amma bunlar birləşsə və vahid düşmənlərinin qarşısında dayansalar görün necə olar?
Bəs niyə birləşmirlər?[/b]
[/i]
-Çünki, Quranın buyuruğuna deyil, öz istədiyimizə tabeyiq. Quran peyğəmbəri (s) bəzi yerlərdə xristianlarla belə vəhdətə dəvət edir: "De: Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan (kəlimə barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki) Allahdan başqasına ibadət etməyək və heç bir şeyi Ona şərik qoşmayaq... (Ali- İmran 64)
Bu ayəni əzbər bilirik bəlkə də. Amma diqqət etmirik. Necəki Quran xristianlarla ortaq bir cəhəti göstərərək, peyğəmbəri (s) vəhdətə dəvət edir, gərək bizdə ortaq cəhətlərimizi tapıb, Allahın buyurduğu kimi vəhdət edək. Baş vermiş faciədə bir ata, üç oğlunu itirdi. Nə qədər insanlar əlil qaldı. Bəzilərinin bədənləri parça-parça olmuşdu. Hətta qeyri müsəlman da buna göz yummaz. Amma biz müsəlmanlar bir hadisə olanda...

[b]Dediyiniz bəzi ayələr diqqətimi çəkdi. Məsələn rənglər barədə, mübarək gün və gecələrin keçirilməsi ilə bağlı. Quranda hər bir məsələ barədə bu cür dəlil varmı?[/b][i][/i]

-Quran ilahi vəhyə əsaslanan bir kitabdır. Gərək biz bu ilahi vəhyə məhrəm olaq ki, o da sirlərini bizə bildirsin. Quranın adlarından biri də "açıqlayan”, "bəyan edən” deməkdir. Quranın ilk müfəssirlərindən olan İbn Abbas deyirdi: "Əgər dəvəmin ipi də itsə, onu da Quranda axtararam.”


Saday FƏRƏCOV
ULUYOL.İNFO

Administratorla əlaqə

077 611-55-22

[email protected]