Əsas Səhifə / Media

Məşhur rus aparıcı: - "Ehtiraslı kişilər üçün Azərbaycana gedin"

16-12-2015, 18:51
Məşhur rus aparıcı: - "Ehtiraslı kişilər üçün Azərbaycana gedin"

"Əgər yalançı utanc hissini bir kənara qoysaq, xaricə turist səfərlərinə yollanan rus qadınların əksəriyyəti seks-turizmlə məşğul olur.

Kiminsə Barselonada təsadüfi "eşq gecəsi" və ya Berlində hansısa "Tinder"də tanış olduğu gənc oğlanla istirahət günü olur, kimsə də yollandığı ölkədə müvəqqəti eşq üçün ehtiraslı kişi tapır. Məsələn, mən İtaliyadan hansısa seksual təəssüratlar olmadan qayıdan rus qadın tanımıram".

Bunu Rusiyanın məşhur yazıçı və aparıcılarından biri Arina Xolina Moskvadakı "Dojd" telekanalının efirində deyib.

Onun sözlərinə görə, Rusiyada çox qadınlar heç olmasa ildə bir dəfə Qırmızı və ya Aralıq dənizlərindən birinin sahilinə yollanaraq orada özünü qadın kimi hiss etmək istəyir:

Məşhur rus aparıcı: - "Ehtiraslı kişilər üçün Azərbaycana gedin"

"Qadınlarımız orada tanımadığı gözəl, ehtiraslı kişini qucaqlamaq, eyni ehtirası hiss etmək istəyirlər. Çünki ərləri bu qadınların ürəyini bulandırır. Lakin Türkiyə və Misirə turizm səfərləri məhdudlaşdırıldığından, qadınlarımız belə həzzlərdən məhrum olublar. Maraqlı sual yaranır: zavallı qadınlar hara getməlidirlər? Avropalı qadınlar üçün Keniya yaxşı variantdır, amma Rusiyada bu ölkəyə turizm axını yoxdur. Gedən qadınlar da seks üçün yox, yerli təbiətə və ya görməli yerlərə baxmaq üçün yollanırlar. Amma İsrail, Gürcüstan, Azərbaycan variantları da var. Rusiyadakı qadınlara məsləhət görərdim ki, ehtiraslı kişilər üçün bu ölkələrə gedin".
Milli.Az

Administratorla əlaqə

077 611-55-22

[email protected]