Əsas Səhifə / Gündəm

Samuxda təhsilin gününə ağlayan lazımdır... - ŞİKAYƏT VAR

15-12-2015, 21:43
Samuxda təhsilin gününə ağlayan lazımdır... - ŞİKAYƏT VARDaxil olan məlumatlarda Samux rayonu Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin müdiri Gülağa Hüseynovun öz işində yol verdiyi ciddi qanun pozuntularına dair faktlar öz əksini tapmaqdadır. Məlum olduğu kimi təhsil sahəsində baş verən neqativ hallar digər salərlə müqayisədə daha tez ictimai rezonansa səbəb olur. Nəticədə isə, vətəndaşların şikayət dolu ərizə və məktubları müxtəlif instansiyalara ünvanlanır. Lakin rüşvətxorluğa əlləri vərdiş etmiş məmurlar bu vərdişlərindən elə də asanlıqla əl çəkə bilmirlər. Hətta bəzən insanda elə təəssürat yaranır ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə hələ də əyalətlərə gəlib çatmayıb. O cümlədən Samux RTŞ-nin müdiri Gülağa Hüseynovun yarıtmaz fəaliyyətindən, öz işində yol verdiyi ciddi qanun pozuntularından bəhs edən tənqidi materiallar qəzetimizin səhifələrində dəfələrlə dərc olunub. Lakin bu məmurun özbaşınalıqlarına qarşı nə Təhsil nazirliyi, nə də digər müvafiq qurumlar tərəfindən hələ də heç bir ölçü götürülməyib. Rayon ictimaiyyətinin Samuxun təhsil sistemində baş verənlərdən doğan narahatlıqları isə getdikcə artmaqdadır. Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Bu barədə bizimdovr.az-a rayondakı mənbələrdən daxil olan məlumatlarda xəbər verilir. Bildirilir ki, Samux təhsili bü gün son dərəcə acınacaqlı vəziyyətdədir. Belə ki, son bir ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb. Müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərslərə belə gəlmirlər. Direktorlar isə, həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Təbii ki, Gülağa Hüseynov bütün bunlardan xəbərdardır. Lakin bu məsələlərdə onun da öz marağı olduğu üçün heç kimi cəzalandırmır. Elə müəllimlər də var ki, il boyu məktəbə ayaq basmırlar. Amma onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Gülağa Hüseynov demək olar ki, məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır. Bəzi müəllimlər isə öz çörək pullarını qazanmaq üçün təhsildən kənar işlərlə məşğul olmaq məcburiyyətindədirlər. Rayondakı mənbələr israrla bildirirlər ki, RTŞ müdiri rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini təmin etmir. Bundan başqa məlumatlarda Gülağa Hüseynovun qazanc məqsədilə yalnız kağız üzərində fəaliyyət göstərən bir neçə məktəb açmasından, özünün yaxın adamlarını həm real, həm də “virtual” məktəblərdə rəhbər vəzifələrə təyin etməsindən, saxta diplomla “müəllimlik” etmək həvəsində olan şəxsləri işlə təmin etməsindən, peşəkar və təcrübəli müəllimləri müxtəlif bəhanələrlə işdən azad edərək öz yaxınlarını eyni zamanda iki məktəbdə işə götürməsindən və digər yolverilməz qanun pozuntularından bəhs edən faktlar da təqdim olunur. G.Hüseynovun bu vəzifəyə təyinatından artıq üç ilə yaxın müddətin keçməsinə baxmayaraq, indiyədək rayonun təhsil sistemində heç bir mütərəqqi yenilik tətbiq olunmayıb. Ötən materiallarda da qeyd olunduğu kimi, aldığımız məlumatlara görə bu müddət ərzində RTŞ müdiri yalnız rayon məktəblərinə yeni invertarlrın alınması adı altında küllü miqdarda vəsaitlərin mənimsənilməsi, rayon məktəblərinə ayrılan dərsliklərin müxtəlif ticarət nöqtələrində satışa çıxarılması ilə məşğul olub. Təbii ki, təhsil şöbəsinin rəhbərliyi tərəfindən işə belə münasibətin sərgilənməsi Samuxun bütün təhsil sisteminə ciddi zərbələr vurur. Məhz bu səbəbdən də rayon ictimaiyyəti Samux təhsilinin dirçəldilməsi yönümündə ən yaxın vaxtlarda Təhsil Nazirliyinin rəhbbərliyi tərəfindən müvafiq addımların atılacağını gözləyir.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]