Əsas Səhifə / Müsahibə

Gənc fəal beynəlxalq təşkilatlara etiraz etdi - "Qərəzlidirlər, əsassızdılar"

3-10-2014, 09:03

“Azərbaycanda siyasi məhbus yoxdur, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxslər var. Bəzi xarici dairələr Azərbaycan haqqında qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yayır”.


“AzerFax” xəbər verir ki, bunu gənc fəal Heydərli Məzahir son günlər daha çox müzakirə olunan məsələlərə dair fikirlərini açıqlayarkən deyib.

Gənc fəal bildirib ki, bəzi xarici təşkialtların hazırladığı hesabatların heç bir əsası yoxdur: “Bəs, bu böhtanların səbəbləri nədir, haradan qaynaqlayır? Belə fikirlər Azərbaycana təzyiq etmək, nə isə qoparmaq və inkişafının qarşısını almaq məqsədi güdür. Bu gün Avropa ölkələrinin əksəriyyətində böhrandır, mitinqlər dalğası ölkələri bürüyüb, büdcələri dağılır. Avropa ailəsinin üzvü olan Azərbaycanın böhrandan kənarda qalması, dövlətimizin inkişafı müəyyən dairələrdə qısqanclıq yaradır. Onlar özlərinə sual edirlər: Necə olur ki, ərazilərinin bir hissəsi işğal altında qalmasına, məcburi köçkün və qaçqınların olmasına baxmayaraq Azərbaycan inkişaf edir? Buna görə də Azərbaycan haqqında müxtəlif mənfi fikirlər yaradırlar. Bu fikirlərin arxasında erməni diasporu və erməni lobbisi, Azərbaycanı istəməyən qüvvələr dayanır”.

Gənc fəal həmçinin siyasi məhbus məsələsi barədə danışıb: “Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda yalnız müəyyən cinayət işləri görüb, özünü siyasətçi donunda təqdim edənlər var. Qarışıqlıq yaradanların, hərcmərclik törədənlərin siyasi məhbus adlandırılması gülüncdür və bu, gerçəkliyi əks etdirmir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]