Əsas Səhifə / Dünya

Fransanın sabiq prezidenti Jak Şirak xəstəxanaya yerləşdirilib

18-09-2016, 15:43

Oxu.Az France-Presse agentliyinə istinadən xəbər verir ki, 83 yaşlı sabiq prezident Parisdəki Pite-Salpetrier xəstəxanasına yerləşdirilib.

J. Şirakın bir neçə gün xəstəxanada qalacağı bildirilir. Sabiq prezident ailəsi ilə Mərakeşdən Parisə qayıtdıqdan sonra xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, J. Şirak 1995-2007-ci illərdə, yəni 12 il Fransanın 22-ci prezidenti olub. O, 14 il hakimiyyətdə olmuş F. Mitterandan sonra ən çox prezident vəzifəsini icra etmiş siyasətçidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]