Əsas Səhifə / Elm

Təhsil Nazirliyi: Bu məsələ ətrafında diqqəti cəlb edən amil ondan ibarətdir ki, analoji məlumatlar bir neçə aydan bir dövriyyəyə gətirilir

15-09-2016, 15:54
Təhsil Nazirliyi: Bu məsələ ətrafında diqqəti cəlb edən amil ondan ibarətdir ki, analoji məlumatlar bir neçə aydan bir dövriyyəyə gətirilir
Nazirlikdən Xeberman.com -a verilən məlumata görə, universitetlərin paytaxtdan köçürülməsi hazırda müzakirə mövzusu deyil:

"Son günlərdə bir çox media orqanlarında Bakıda yerləşən ali təhsil müəssisələrinin regionlara köçürülməsi ilə bağlı məlumatlar yayılır. Bu cür məlumatların Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur və qeyd olunan məsələ hazırda müzakirə mövzusu deyil.

Bu məsələ ətrafında diqqəti cəlb edən amil ondan ibarətdir ki, analoji məlumatlar bir neçə aydan bir dövriyyəyə gətirilir. Həmin məlumatı yayanların onların şərhi ilə də məşğul olması daha doğru olardı”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]