Əsas Səhifə / İslam

Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı

15-09-2016, 11:59

Xeberman.com verdiyi xəbərinə görə, Hicri-Qəməri təqviminin son ayı Zilhiccə bu il oktyabrın 2-si, bazar günü başa çatacaq. Bundan sonra Məhərrəm ayının 1-i tarixi ilə 1438-ci il başlayacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəriRəhimə Dadaşova bildirib ki, Məhərrəm ayının başlanması ilə əlaqədar olaraq, QMİ Qazilər Şurası tərəfindən fətva veriləcək.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi İmam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-Qəməri təqvimi ilə 61-ci ildə Məhərrəm ayının 10-da Kərbəlada şəhid ediliblər.

Məhərrəm ayı Hicri-Qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]