Əsas Səhifə / Media

ANS-dən verilişlərin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA

11-12-2015, 08:56
ANS-dən verilişlərin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA

ANS Şirkətlər Qrupunun prezidentinin media üzrə baş müşaviri Mais Məmmədov telekanalda eyni vaxtda dörd verilişin bağlanmasına aydınlıq gətirib.

Publika.az-a açıqlama verən ANS-in rəsmisi xəbəri təkzib etməyib:

“Bəli, bundan sonra ANS-də yayımlanan “İç xəbər” verilişi başqa adla təqdim olunacaq. Digər verilişlər barədə konkret bir söz deyə bilmərəm”.

M.Məmmədov onu da bildirib ki, növbəti adla nümayiş olunacaq verilişin formatında cüzi dəyişiklik nəzərdə tutulub:

“Müəyyən dəyişikliklər olacaq. Lakin yenə də tamaşaçı məktubları əsasında süjetlər hazırlanacaq, digər məsələlər də olduğu kimi qalacaq”.

Verilişin adının dəyişilməsinə gəlincə, M.Məmmədovun cavabı müəmmalı oldu:

“Bunu sizə deyə bilməyəcəm. Çünki qərar veriləndə orda iştirak etməmişəm”.

Xatırladaq ki, Publika.az-ın əldə etdiyi məlumata görə, ANS-də 4 veriliş - “İç xəbər”, “Düzbucaq”, “Şoubiz”, “İtibucaq” eyni vaxtda bağlanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]