Əsas Səhifə / Xəbərlər

Yeni dərs ilinin başlanması ilə əlaqədar Metropolitenində qış qrafiki tətbiq ediləcək

9-09-2016, 12:39

Yeni dərs ilinin başlanması ilə əlaqədar Metropolitenində qış qrafiki tətbiq ediləcək
Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 15-dən Bakı Metropolitenində qış qrafiki tətbiq ediləcək. 

"Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Xeberman.com -a bildirib ki, sentyabrın 15-dən qatarların hərəkət intervalı sıx saatlarda 2 dəqiqəyə endiriləcək.

Onun sözlərinə görə, qeyd edilən qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət sıx saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. 

"Nəticədə, "Həzi Aslanov” stansiyasından "28 May” stansiyası daxil olmaqla, hər iki istiqamətdə hərəkətin sıx vaxtlarında interval 2 dəqiqəyə endiriləcək. Qeyd edək ki, sıx hərəkət səhər saat 07:00-dan 10:00-a, axşam isə 17:00-dan 20:00-a qədərdir. Bu məqsədlə sıx vaxtlarda xətlərin "28 May-Dərnəgül” və "28 May-İçərişəhər” sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq. 

Sərnişinlərin nəzərinə çatdırırıq ki, "Həzi Aslanov-28 May” sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-sıx saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur. 

Şənbə və bazar, eləcə də bayram günlərində isə fərqli hərəkət qrafiki tətbiq olunur”.

Qeyd edək ki, yeni qrafik 2017-ci ilin yayına qədər tətbiq ediləcək. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]