Əsas Səhifə / Xəbərlər

Bəzi rayonlarda təbii qaz olmayacaq

8-09-2016, 20:18

Sentyabrın 9-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Ceyranbatan” və Qazax magistral qaz kəmərləri sahəsinin "Köçəsgər”, "Bayramlı” və "Samux” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

 

Bu barədə Xeberman.com -a SOCAR-ın mətbuat xidmətindən bildirilib.

 

Təmir müddətində Abşeron rayonunun Сeyranbatan qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Şəmkir, Samux və Ağstafa rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]