Əsas Səhifə / İqtisadiyyat

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işçilərinin maaşları artırılıb

7-09-2016, 19:51

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  işçilərinin maaşları artırılıbOxu.Az xəbər verir ki, nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, "Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 5.5.7-ci yarımbəndini rəhbər tutaraq rabitə birlik və müəssisələrində işləyənlərin əmək haqları 10%-dək artırılıb.

Əmək haqlarının artırılmasında üstünlük əsasən regionlara və vətəndaşlara birbaşa xidmət göstərən müəssisələrin əməkdaşlarına verilib.

Belə ki, artım "Aztelekom” MMC-nin baş idarəsi üzrə 5%, digər bütün müəssisələri üzrə 10%, "Azərpoçt” MMC-nin (aparat istisna olmaqla) "Azərekspresspoçt” rabitə müəssisəsi üzrə 5%, digər bütün müəssisələri üzrə 10%, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Xətai, Yasamal, Nizami, Sabunçu, Qaradağ Telefon qovşaqları 5%, Xəzər Telefon Qovşağı və Bakı Avtomat Telefon Qovşağı üzrə 10%, "Teleradio” İstehsalat Birliyi üzrə 10%, "Azərmarka” MMC üzrə 5%, "Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC üzrə 10% təşkil edib.

Bundan başqa, nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla) tərəfindən bəzi işçilərin aylıq əməkhaqqının ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılması təmin edilib.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 488,1 manat təşkil edir.

İqtisadiyyatın digər sahələri ilə müqayisədə informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir. Belə ki, hazırda sektor üzrə orta aylıq əməkhaqqı 746,8 manatdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]