Əsas Səhifə / Xəbərlər

Xoşqədəm Hidayətqızının “Xəzər” telekanalında iki verilişə aparıcılıq edəcəyi bəlli olub fotolar

6-09-2016, 11:02
Xoşqədəm Hidayətqızının “Xəzər” telekanalında iki verilişə aparıcılıq edəcəyi bəlli olub  fotolar
Axşam.az-ın məlumatına görə, proqram həftə içi beş gün efirə gedəcək. 


"Bizə danış” adlı verilişin sosial şəbəkədə rəsmi səhifəsi də yaradılıb. 

Orada X.Hidayətqızının müğənni həyat yoldaşı Doğuşla fotoları yerləşdirilib və onların birlikdə sürpriz hazırladıqları vurğulanıb:

"Müğənni Doğuş hansı səbəbdən kamera qarşısına keçib? Xoşqədəm Hidayətqızı həyat yoldaşı ilə birlikdə hansı sürprizə imza atacaq?". 

"Həyat problemləri ilə üzləşən, ailəsi tərəfindən imtina edilən, təhqir olunan, zorakılığa məruz qalan, hüququ pozulan, problemlərini özü həll etməyi bacarmayanlar, artıq çarəsiz və yalnız deyilsiniz. Problemlərinizi bizə danışın” deyə, səhifədə müraciət edilib. 

Qeyd edək ki, X.Hidayətqızı "Xəzər” telekanalında eyni zamanda "Səni axtarıram Xoşqədəmlə” verilişinə aparıcılıq edəcək.
Xoşqədəm Hidayətqızının “Xəzər” telekanalında iki verilişə aparıcılıq edəcəyi bəlli olub  fotolar

Administratorla əlaqə

077 611-55-22

[email protected]