Əsas Səhifə / Gündəm

Əli Kərimlinin müavini Fuad Qəhrəmanlıya cinayət işi açıldı

8-12-2015, 17:39
Əli Kərimlinin müavini Fuad Qəhrəmanlıya cinayət işi açıldı

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Azadlıq” qəzetinə deyib ki, Fuad Qəhrəmanlı şahid qismində dindirilir.

Onun hansı işlə bağlı dindirildiyi haqda isə mətbuat xidmətində hələlik məlumat yoxdur.

21:17

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də evindən polis tərəfindən aparılıb.


Bu barədə həyat yoldaşı, yazıçı Zümrüd Yağmur sosial şəbəkədə məlumat verib.

"Artıq saatlardır ki, ondan hec bir xəbər ala bilmirəm. Telefonu bağlıdır. Bu xəbəri də ona görə yazmıram ki qorxuram. Yox. Sadəcə bilmənizi istədim. Davam edir 37..."

F.Qəhrəmanlının yeri dəqiq məlum olmasa da, onun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparıldığı ehtimal olunur. Çünki gələnlər onu adıçəkilən idarəyə getməyə dəvət ediblər.

İş günü başa çatdığından prokurorluqdan bu barədə şərh almaq mümkün olmayıb.

azadliq.org

****


"AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya qarşı cinayət işi qaldırılıb. Lakin işin motiv barədə məlumat yoxdur. Bu barədə AXCP sədri Əli Kərimli feysbuk səhifəsində məlumat paylaşıb.

“Bu gün AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı evində həbs edilərək, Respublika Prokurorluğunun Ağır Cinayətlər İdarəsinə aparılıb. Fuad bəyin hansı cinayət işi üzrə prokurorluğa aparıldığı məlum deyil. Telefonla yalnız onu deyə bildi ki, ona qarşı cinayət işi qaldırılıb. Nə baş verdiyini hələlik heç bir dövlət orqanından öyrənə bilmirik. Ölkədə hüquqsuzluq o səviyyədədir ki, müxalifət partiyasının sədr müavinini, tanınmış siyasətçini sanki adam oğurlayırmışlar kimi, heç bir izahat, məlumat vermədən həbs edirlər. Fuad bəyə qarşı hansı ittihamı irəli sürürlər sürsünlər, aydındır ki, həmin ittiham saxta olacaq. Fuad bəyi ölkəmizin demokratikləşməsi uğrunda apardığı ardıcıl, prinspial mübarizəsinə görə həbs edirlər. Nə baş verməsindən asılı olmayaraq, AXCP-nin də, Fuad bəyin də mübarizəsi bu ölkədə demokratiya və azadlıqlar tam bərqərar olana qədər davam edəcək”, – deyə Əli Kərimli yazıb."

****

Göründüyü kimi, Əli Kərimlinin statusu yalnız məlumatlandırmaq xarakterli deyil. O, hər ehtimala qarşı "ittiham saxta olacaq", deyə, özünü də sığortalayır.
İrəliləyən zamanda əlavə məlumat verəcəyik.

Musavat.com
Əli Kərimlinin müavini Fuad Qəhrəmanlıya cinayət işi açıldı

Administratorla əlaqə

077 611-55-22

[email protected]