Əsas Səhifə / Kriminal

Sumqayıtda ev sahibini öldürən qız məhkəmədə soyundu, anasına hücum etdi

2-12-2015, 17:09
Sumqayıtda ev sahibini öldürən qız məhkəmədə soyundu, anasına hücum etdi

Bir neçə gün əvvəl Sumqayıtda kirayə yaşadığı evdə mənzil sahibəsini amansızlıqla qətlə yetirən tələbə qızın əslində, psixi problemləri olduğu üzə çıxıb.
AzNews.az xəbər verir ki, gənc qız Maştağadakı Stasionar Psixiatirik Müalicə Müəssisəsinə intensiv müşahidə altında müalicə almağa göndərilib. Lakin psixi problemləri olan bir şəxsin universitetdə təhsil alması, bu zamana kimi onun sağlamlığı ilə bağlı problemlərinin olmasının üzə çıxmaması bəzi suallar yaradır.

Hadisə ilə bağlı qısa xatırlatma
Şərqiyyə Mehdi qızı Ramazanova Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin 4-cü kurs tələbəsidir. Şəhərin 9-cu mikrorayon, ev 69, mənzil 29 ünvanında kirayə yaşayıb. Sentyabrın 2-də kirayə yaşadığı mənzildə 76 yaşlı ev sahibəsini 17 bıçaq zərbəsi ilə amansızlıqla qətlə yetirib.
Elə həmin gün Ş.Ramazanova Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Sumqayıt şəhər prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisədən bir neçə gün sonra, cinayət törətmiş gənc qız Maştağadakı Stasionar Psixiatirik Müalicə Müəsisəsinə intensiv müşahidə altında müalicə almağa göndərilib.

Məhkəmədə hamı şokda
İki gün əvvəl məhkəməyə gətirilən müttəhim hamını şoka salıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, məhkəmə prosesinə təqsirləndirilən şəxs kimi gətirilən Şərqiyə özünü aqressiv aparıb. O, zala girən kimi ayaqqabısını və şalvarını çıxarıb. Əvvəlcə anasını qızını geyindirməsi üçün məhkəmə zalına dəvət ediblər. Bu zaman qız anasına hücum edib. Daha sonra isə atası gəlib, ağlayaraq Ş.Ramazanovanı dilə tutub və geyinməyə razı sala bilib.

Polislər qatili dindirməkdən niyə imtina etdilər?
Qonşuları və otaq yoldaşları isə Ş.Ramazanova ilə bağlı başqa faktları açıqlayıblar. Hadisə yerində olan qonşuların dediyinə görə, Ş.Ramazanova ilkin dindirmə zamanı polis əməkdaşlarının suallarına fit çalmaqla, qəribə əl hərəkətləri ilə reaksiya verib. İşi belə görən əməliyyatçılar, onu dindirməkdən imtina ediblər.

Otaq yoldaşı: "Şərfini yandırıb, sonra hissə-hissə yedi”
Sahibəsini qətlə yetirən qızın otaq yoldaşlarının istintaqa ifadələri qatilin psixoloji problemlərinin olması fikrini bir qədər də möhkəmləndirir. O, ifadəsində bir neçə gün əvvəl Şərqiyə ilə eyni otaqda qalmaqdan imtina etdiyini bildirib. Buna səbəb isə, qızın aqressiv hərəkətləri, rabitəsiz və qeyri-müəyyən danışıqları olub. Belə ki, gecələr Şərqiyə otaqda cürbəcür heyvan səsləri çıxararaq, hətta otaq yoldaşına hücum da çəkib. Hadisə baş verməmişdən 1 həftə əvvəl isə, boğaz şərfini yandıraraq hissə-hissə yeməyə başlayıb. Sonra isə anasına zəng edərək şərfi qızardıb yediyini, yemək üçün ona yeni şərf göndərməsini istəyib.
Hadisə baş verməmişdən bir neçə dəqiqə əvvəl isə anasına zəng vurub və ev sahibəsi 76 yaşlı Səmayə Nəcəfovanı anası ilə danışmağa məcbur edib. Qadın ağlaya-ağlaya telefonda danışdığı vaxt, Şərqiyə, əlindəki bıçaqla qadına çoxsaylı zərbələr yendirməyə başlayıb...

Dəliyə sağlamlıq haqqında arayışı kim verib?
Ş.Ramazanovanın aqressiv və qeyri-adi hərəkətlərini tələbə yoldaşları da müşahidə ediblər. Məlumata görə, bir müddət əvvəl xəstəliyindən xəbər tutan valideynləri, onu təhsildən kənarlaşdırmağa müvəffəq olublar. Sonradan, qız təkid edib ki, artıq sağlamdır və təhsilini davam etdirə bilər.
Məlumata görə, Ş.Ramazanova sağlamlıq haqqında kağızı yaşadığı Oğuz rayonu poliklinikalarından birindən alıb. Çox güman ki, istintaq bu sağlamlıq arayışının ona hansı həkim tərəfindən, hansı yolla verildiyini araşdıracaq və cəmiyyətə ətraflı məlumat veriləcək.
Xatırladaq ki, ilkin mənbələr, Ş.Ramazanovanın ev sahibəsini qətlə yetirməsinə səbəb kimi qızın sevgilisindən ayrılmasını göstərirdilər.
Yenisumqayit.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]