Əsas Səhifə / Dünya

Ukraynalı deputatlardan Türkiyəyə medal

28-11-2015, 10:33
Ukraynalı deputatlardan Türkiyəyə medal

Ukrayna Ali Radasının deputatları Yuliy Mamçur, Aleksey Qonçarenko və bir qrup şəxs qırıcı qalmaqalında Ankaraya dəstək vermək məqsədilə Kiyevdə Türkiyə səfirliyinin önündə aksiya keçiriblər.

Axar.az xəbər verir ki, aksiya təşkilatçıları Türkiyənin Rusiya qırıcısını vurmaqla öz sərhədlərini qoruduğunu bildiriblər.

Deputatlar beşguşəli ulduzu səfirliyin qapısına bağlayaraq, Türkiyə pilotlarını simvolik medalla təltif ediblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]