Əsas Səhifə / Gündəm

Nardaran sakinləri barrikada qurub: "Polis kəndə girə bilməz"

27-11-2015, 15:49
Nardaran sakinləri barrikada qurub: "Polis kəndə girə bilməz"


"Nardaran əhalisi hələ də kəndin mərkəzi hissəsindən ayrılmayıb. Kəndin girişində isə yerli sakinlər tərəfindən iki barikada qurulub. Sakinlər polisin kəndə girməməsi barədə fikirlər səsləndirir".

Bu barədə ANS PRESS-ə hadisə yerində olan müxbirimiz məlumat verib. Onun sözlərinə görə, kənd sakinlərinin qurduğu barikadalardan başqa bir də polisin qurduğu post varki, orada da insanlar və avtomobillər çox ciddi şəkildə yoxlanılaraq kəndə buraxılır:

"Sakinlər iddia edirlər ki, onların bəzi hüquqları pozulub. Qurulan barikaların birincisi daşdan, ikincisi isə təkərlərdən ibarətdir. Sakinlər deyiblər ki, kənd ağsaqqalları öldürülən həmyerlilərini gətirmək üçün morqa gediblər. Meyitlər verildikdən sonra hansısa danışıqlar baş tuta bilər".

Nardaran sakinləri barrikada qurub: "Polis kəndə girə bilməz"
Nardaran sakinləri barrikada qurub: "Polis kəndə girə bilməz"

Kəndə girişdə qurulan polis postu və yoxlanan maşınlar


Dünən axşam saatlarında da ANS-in müxbiri hadisə yerində olub. O, bildirmişdi ki, Nardaranda gündüz saatlarında baş vermiş qarşıdurma ilə müqayisədə nisbi sakitlikdir:

"Qəsəbənin daxilində isə nardaranlılar "Meydan" deyilən ərazini müharisəyə alıblar. Bura qəsəbə sakinlərindən başqa heç kim buraxılmır. "Meydan"da xeyli sayda böyük təkərlər, taxtalar yandırılıb. "Meydan"ı mühasirəyə alanlar dəmir və taxta dəyənəklərlə silahlanıblar", -deyə hadisə yerində olan Sərxan Kamallı bildirmişdi.

Dünən günorta saatlarında Nardaranda Daxili İşlər Nazirliyinin əməkdaşları ilə islamçı ekstremistlər arasında atışma olub. Atışmada "Kalaşnikov" avtomatlarından və qumbaralardan istifadə edilib.Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Qarşıdurma zamanı 4 yerli sakinin və 2 polis əməkdaşının həyatını itirməsi barədə Daxili İşlər nazirliyi və Baş Prokurorluq məlumat yayıb.

Bu gün isə dünyasını dəyişən şəhidlər 2-ci Fəxri Xiyabanda dəfn edilib.
bolge.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]