Əsas Səhifə / Kriminal

Sumqayıt dəhşətli qətl gecəsini keçirdir -YENİLƏNİR

25-11-2015, 02:07
Sumqayıt dəhşətli qətl gecəsini keçirdir -YENİLƏNİR


Sumqayıtda dəhşətli qətl hadisəsi baş verib.

Xeberman.com saytının hadisə yerində olan müxbirinin verdiyi məlumata görə cinayət hadisəsi xüsusi amansızlıqla baş verib

Müxbirimizin mərhumun qonşularından aldığı məlumata görə, qətlə səbəb bir neçə amil ortaya çıxıb.

Qətlə səbəb kimi, mərhum 9-cu mikrorayonda 1940-cı il təvəllüdlü Nəcəfova Səmayə Firudin qızı ilə Cinayətdə şübhəli bilinən Oğuz rayon sakini 21 yaşlı Şərqiyyə Ramazanova arasında "borc pul" prablemi olub.
Digər məlumata görə son günlərdə cinayəti törədən qızın pisxoloji vəziyyəti normal olmayıb.


Tükürpədici fakt isə hadisənin necə baş verdiyidir. Cinayət aləti bıçaq olaraq qeyd olunur. Cinayətkar ev sahibəsini xüsusi amansızlıqla, mərhumun başında çoxsaylı bıçaq deşikləri açıb.
Cinayət ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, cinayəti törədən Şərqiyyə Ramazanova Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.

Qeyd: Cinayət ilə bağlı xüsusi reportajı xeberman.com saytından izləyə bilərsiniz.

xeberman.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]