Əsas Səhifə / Xəbərlər

Sabah bəzi yerlərdə qaz olmayacaq

9-08-2016, 22:29

Bakı şəhəri, Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə Xeberman.com -a "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması ilə əlaqədar avqustun 10-da saat 09:00-dan 18:00-dək Sabunçu rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Binəqədi rayonu Sulutəpə ərazisinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Sabah Hacıqabul magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Bu barədə "Azəriqaz” İB-dən Xeberman.com -a bildirilib. 

Avqustun 10-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Kürdəmir” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Kürdəmir rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]