Əsas Səhifə / İdman

Məşhur məşqçi “Qalatasaray”a gətirildi

23-11-2015, 14:59
Məşhur məşqçi “Qalatasaray”a gətirildi

Türkiyənin "Qalatasaray" futbol komandasına yeni baş məşqçi təyin olunub.

Klubun prezidenti Dursun Özbək Mustafa Dənizli ilə danışıqların uğurla tamamlandığını açıqlayıb.

Artıq ilkin anlaşmanın əldə olunduğunu deyən D.Özbək rəsmi müqavilənin bir neçə günə imzalanacağını bildirib.

Qeyd edək ki, Mustafa Dənizli baş məşqçi karyerasında üçüncü dəfə "Qalatasaray"ın sükanı arxasına keçib. 66 yaşlı mütəxəssis 1987-1989 və 1990-1992-ci illərdə də "sarı-qırmızılar"ın sükanı arxasında olub. O, sonuncu dəfə 2013-cü ilin noyabrından 2014-cü ilin mayınadək "Xəzər Lənkəran"da çalışıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]