Əsas Səhifə / Mədəniyyət

90 ' ların ACAPELLASI - ÖZƏL MÜSAHİBƏ FOTO - VİDEO

31-07-2016, 17:06

90 ' ların ACAPELLASI  -  ÖZƏL MÜSAHİBƏ    FOTO - VİDEO
İlk əvvəl qrupla əlaqədar məlumat ver
ərdiniz?

Əslində bizim bir araya gəlib musiqi bəstələmək macəramız Sesversus'un quruluşundan əvvələ söykənir. Hamımız TRT Ankara çoxsəsli Gənclik xorunda bir-birimizi tanıdıq, Seval IRMAK və Feruzan ESMƏRGÜL müəllimlərimizdən təhsil alarkən bir tərəfdən də musiqinin ağlasığmaz birləşdirici ruhunu və gücünü aldıq. İllərcə yan yana mahnı oxuyub yaxın yoldaş da olduqdan sonra 2011-ci ildə acapella musiqisinə özümüz də bir şeylər qatmaq istədik və Sesversus'u qurduq. Sesversus Vokal Birliyi olaraq Türkiyənin nüfuzlu xor festivallarında iştirak alma qürurunu yaşadıq və irəliləyən zamanlarda da layihə əsaslı müxtəlif işlərimiz oldu. Öz tənzimləmə işlərimizi etməyə başladıqdan sonra səsimizi hər kəsə eşitdirmək istədiyimizi fərq etdik və ilk professional işimiz olaraq doxsanlar klipimizi sosial mediada yayımladıq.

Sizin öz bəstəniz varmı?

Var olan əsərləri məşhur mahnıları düzəliş etmək heç bir zaman etməkdən sıxılmayacağımız bir şey olsa da, SesVerSus bu aralar sıx bir şəkildə öz bəstəsini hazırlamağa adaptasiya olmuş vəziyyətdə idi. Çox yaxın zamanda SesVerSus'a aid bir mahnıya klip də çəkəcəyik.

Sizə kömək edən varmı?


Sesversusun bütün havadarları çox böyük bir ailədir. Birliyimizdən bu yana loqonun hazırlanması, təqdimatımızın aparılması, tənzimləmə dəstəyi məsələlərində həmişə kömək və dəstək aldıq. Bir tərəfdən də dostlarımız bizi heç vaxt tək qoymadı. Bir sözlə, Sesversus göründüyünə çox daha böyük bir komanda və hər mövzuda havadarlarımız mövcud idi. Əlbəttə, yenə də, gələcəkdə daha çox səs gətirə bilmək üçün peşəkar və maddi dəstəyə də ehtiyac duyuruq.

Acapella və çoxsəsli musiqi olmasaydı bu qrup qurulmazdı çünki çoxumuz TRT Ankara Radiosu Çoksəsli Gənclər xoruna davam edərkən tanış olduq. Əvvəl bir-birimizlə tanış olub sonra acapella ilə tanış olmaqdansa, əvvəl acapella ilə tanış olub sonra bir-birimizlə tanış olduq, deyə bilərik . Uzun illər çoxsəsli musiqiyə xorda davam etdikdən sonra yaxın dostlar kimi öz qrupumuzu yaratmaq istədik. Sesversus bu şəkildə ortaya çıxmış oldu. Acappella qanımıza bir dəfə girdi mi bir daha çıxmır.Niyə Acapella musiqi?


Musiqi Aləti əvəzinə insan səsini istifadə olunan ilk musiqi qrup siz özünüzsünüz ?

Əlbəttə, xeyr. Türkiyədə də dünyada olduğu kimi Acapella musiqisinin tarixi qədimlərə söykənir. Populyar əsərlərilə Acapella tərzi keçirmək, Türkiyədə doxsanıncı illərin sonu 2000- ci illərin başında yer almağa başlayıb deyə bilərik. Biz də bu ənənəni davam etdiririk.

Alət əvəzinə insan səsini istifadə etmək çətindir?

Əsasən bir miqdar təhsil almadan çətin çünki musiqi hissini və intizamını ona görə qurmağınız lazımdır. Biz də bu təhsilimizi TRT-də aldıq və bənzər təhsillərdən keçdiyimiz üçün əsərlərə qarşı yanaşmalarımız da oxşardır.

Qrupu yaratmaqda məqsədiniz nə idi?

TRT Ankara Çoksəsli Gənclər Xoru vaxtlarından bəri musiqi bizi bir araya gətirən bir vasitə olmuşdur. 2011-ci ilin Mart ayı üçün Uşak Universitetindən "Qadın Nəğmələri" konserti istəyi gəldiyində, ansamblımız tamamı uyğun olmadığı üçün kiçik bir komanda kimi iştirak etmək istədik. Kiçik bir qrupla da acapella musiqidən çox həzz aldığımızı görəndə niyə bunun davamı gəlməsin - dedik. Qrupun təməlləri bu şəkildə atılmış oldu. O kiçik qrup daha sonra özünə Sesversus adını aldı və böyüyərək davam etdi.
90 ' ların ACAPELLASI  -  ÖZƏL MÜSAHİBƏ    FOTO - VİDEO

Niyə Sesversus?
90 ' ların ACAPELLASI  -  ÖZƏL MÜSAHİBƏ    FOTO - VİDEO
Eşidər eşitməz mənimsədiyimiz və hamımızın fərqli şərh etdiyi bir addır əsasən Sesversus. Məsələn, bir mənası, Türkcə "səs və Latınca" versus sözlərinin bir araya gəlməsindən ibarətdir, və səslərin toqquşması mənasını verir. Digər bir mənası da, acapella musiqidə əsərlərə başlamazdan əvvəlki rituala əsaslanır. Bir xor və vokal icması, əsərə başlamamışdan əvvəl ya rəhbərdən və ya qrup işçilərindən səs alır, yəni əvvəl səs verilir, sonra əsərə doğru başlamaq və əsərin ruhunu anlamaq üçün briqada qısa bir müddət susur və həm səsi, həm də əsəri dərk edər. Sonra da əsərə başlanır. Bu xor intizamı və monolitlik üçün əvəzolunmaz bir amildir. Dediyimiz kimi, bir-birindən çox fərqli mənalara gəlsəydi də adımızı sevirik.


Fərqiniz nədi digər qruplardan?

Digər qruplardan fərqimizin sayımız olduğunu deyə bilərik. Əslində bir acapella qrupu üçün beş nəfər kifayətdir amma biz repertuarımıza çox geniş saxlamağa diqqət yetirdiyimiz və əsərlərimizi çox diqqətlə seçdiyimiz üçün sayca çox olmağımız böyük üstünlük olur.


Qrupunuzun neçə üzvü var?

Qrupumuzda 12si vokal və biri tonmayster olmaq üzrə 13 adam var.

90 ' ların ACAPELLASI  -  ÖZƏL MÜSAHİBƏ    FOTO - VİDEO
Qrupunən az yaşı olanın neçə yaşı var?

Ən gəncimiz beatbox edən dostumuzdur. Tuan 20 yaşında.



Üzvlərinin hamısı musiqi meşqul yoxsa fərqli peşə sahibləridi?

Qrup üzvlərinin kiçik bir qismi musiqiçi əksəriyyəti müxtəlif peşə sahiblərindən ibarətdir.
90 ' ların ACAPELLASI  -  ÖZƏL MÜSAHİBƏ    FOTO - VİDEO


Tələbələriniz varmı?

Bu an üçün təhsil vermirik, ona görə də tələbələrimiz yoxdur.



Başqa ölkələrdə səhnə aldınız varmı?

2014-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində çıxış etdik, amma xaric konsertlərimizi artırmağı hədəf seçirik.



Azərbaycanda konsert vermək istəyərmisiniz?

Azərbaycanda bir konsert verməyi çox istəyirik ki, Sesversusun Azərbaycanda konsert verməsi bizim üçün çox həyəcanlı bir təcrübə olar.
90 ' ların ACAPELLASI  -  ÖZƏL MÜSAHİBƏ    FOTO - VİDEO

Azərbaycan musiqisi ilə bağlı məlumatınız varmı?

Azəri mahnıları bizi hər zaman ovsunlamışdır. Hətta repertuarımıza bir Azəri mahnısı olan "Men Onu Sevmişem" i də əlavə etdik, keçirməsi tamamlanıb hazırda əsəri təkmilləşdirmə mərhələsindəyik. Qarşıdakı dövrdə də Azərbaycan mahnılarına daha çox yer verməyi çox istəyirik.

Barış Manço mahnılarına yer vermisiniz, başqa məşhur simaların da mahnıları olacaqmı?

Bu məsələdə çalışmalarımız davam edir. Üzərində işləmək istədiyimiz bir neçə mahnılar var.

Köhnə mahnılar deyil də, yeni dövrün acapellası olacaqmı yoxsa köhnə mahnılardan olacaq?

Biz köhnə yeni fərq etmədən, söyləməkdən həzz aldığımız əsərləri öz layihələrimizlə repertuarımıza qatmağa çalışırıq. Fəqət bu ciddi bir çalışma və zaman aldığı üçün işlər xaricdən bir az yavaş gedir.İndilərdə köhnə və yenidən çox öz bəstə və bir neçə layihəmizi həyata geçirmək üçün çalışırıq. O səbəbdən yaxın bir zaman üçün öz layihələrimizi səsləndirmiş olacağıq.

90 ' ların ACAPELLASI  -  ÖZƏL MÜSAHİBƏ    FOTO - VİDEO

Barış Mançonun digər mahnılarına da repertuarınızda yer verəcəksinizmi?

İndilərdə repertuarımızda sədəcə yeni işlədiyimiz Barış Manço Potpurisi var. Bu mövzuda çalışmalarımız davam etməkdədir.


Söhbətləşdi:  POLAD ASLANOV

Administratorla əlaqə

077 611-55-22

[email protected]