Əsas Səhifə / Ölkə

“Təmiz hava” aylığı başlayır

30-07-2016, 14:58
“Təmiz hava” aylığı başlayır
 Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, avqustun 31-dək davam edəcək "Təmiz hava” aylığı aksiyasının əsas məqsədi atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.
 
Tədbirlə əlaqədar Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi nəqliyyat vasitələri sahiblərinin, sürücülərin və eləcə də avro-nəqliyyat müəssisələri rəhbərlərinin nəzərinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidir. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]