Əsas Səhifə / Texnologiya

Google və Audi Android-i avtomobillərə tətbiq edəcək

31-01-2014, 22:22

Müasir dünyada mobil texnologiyalar həyatımızın bütün sahələri kimi avtomobillərə də tətbiq olunur. The Wall Street Journal nəşriyyatı xəbər verdi ki, axtarış qiqantı Google və alman avtomobil istehsalçısı Audi Android ƏS üzərində avtomobillər üçün birlikdə elektronika hazırlanmasına başlayacaq.

Bu razılaşma Las-Veqasda CES 2014 sərgisində təmtəraqla təqdim oluna bilər, əsas ideya isə müasir smartfonlarda olan əyləncə və naviqasiya imkanlarını avtomobilin daxili elektronikasına inteqrasiya etməkdir. Güman edilir ki, Android-sistemlə təchiz olunmuş nəqliyyat vasitəsinin salonunda yerləşən sürücü və sərnişinlər naviqasiya, musiqi və video servislərdən istifadə edə biləcəklər.

Audi və Google şirkətlərinin tərəfdaşlığı 2013-cü ilin iyun ayında WWDC konfransında Apple şirkəti tərəfindən təqdim olunan Apple IOS-un avtomobil elektronikasına inteqrasiyası layihəsinə rəqim olacaq. Ancaq Apple texnologiyasından (istifadəçidə xarici mobil qurğunun olmasını nəzərdə tuturdu) fərqli olaraq Audi və Google birgə layihəsi Android idarəçiliyi əsasında daxili avtomobil qurğusunu nəzərdə tutur.

Beləliklə, Android-ə üstünlük verən şirkətlər bu əməliyyat sistemini avtomobil bazarında rəqabətə davamlı etmək arzusundadırlar. Ola bilsin ki, yaxın gələcəkdə mobil əməliyyat sistemi tədqiqatçıları arasında qarşıdurma avtomobil sferasını da əhatə edəcək.

Mənbə: iKTXəbər.net
Teqlər:
google, audi, avto, android

Administratorla əlaqə

077 611-55-22

[email protected]