Əsas Səhifə / Xəbərlər

İdmançılarımıza dəstək aksiyasına start verdi (FOTO)

28-07-2016, 12:41

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyiətinin (QSC) mətbuat xidmətindən Xebemerna.com -a verilən məlumata görə, bu sosial layihə çərçivəsində metronun "Elmlər Akademiyasi”, "Nizami”, "28 May”, "Sahil”, "Koroğlu”, "Əhmədli” və "Həzi Aslanov” stansiyalarında avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarının rəmzlərini əks etdirən lövhələr yerləşdirilib.

Aksiyanın təşkil edilməsində məqsəd Azərbaycan olimpiya komandasının üzvü olan 56 olimpiyaçıya, eyni zamanda "Rio-2016" Oyunlarından sonra start götürəcək Paralimpiya Oyunlarında iştirak edəcək idmançılarımıza ölkəmizi ləyaqətlə təmsil etmələri və Vətənə böyük qələbələrlə qayıtmaları üçün dəstək olmaqdır.

207 ölkənin təmsilçisinin iştirak edəcəyi XXXI Yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək, 175 ölkədən təmsilçinin qatılacağı XV Yay Paralimpiya Oyunları sentyabrın 7-dən 18-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.

Oyunlarda ölkəmizi 18 idman növündə 56 idmançı təmsil edəcək. Paralimpiya Oyunlarında isə 24 idmançımız çıxış edəcək.

Qeyd edək ki, Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində də Bakı metropoliteni Oyunların keçirildiyi günlərə xüsusi hazırlaşmışdı. Metropoliten sərnişinlərinə xidmət mədəniyyətinin yüksəldilməsini təmin edən iki yenilik təqdim etmişdi. Stansiyaların sərnişin informasiya sisteminə yarışların keçiriləcəyi idman obyektləri barədə məlumatlar, sərnişinlər üçün tövsiyələr, metrodan istifadə qaydalarının izahı Azərbaycan və ingilis dillərində təqdim edilmişdi.

Bundan əlavə, qatarlarda stansiya adları azərbaycan dili ilə yanaşı, ingilis dilində də səsləndirilmişdi. Oyunların keçirildiyi günlərdə stansiyalarda xarici dil biliyi olan və təlim keçmiş 90 könüllü fəaliyyət göstərmişdi.






Administratorla əlaqə

077 611-55-22

[email protected]