Əsas Səhifə / Xəbərlər

Erməni əsgəri ordusundakı özbaşınalıq nəticəsində yaralanıb

23-07-2016, 13:16

Erməni əsgəri ordusundakı özbaşınalıq nəticəsində yaralanıb

Ermənistan mətbuatının iyulun 23-nə keçən gecə saat 00.10-da guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusuMqer Çiloyanınyaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədəXeberman.com –aMüdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

"Mqer Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur”, - deyə məlumatda bildirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]