Əsas Səhifə / Xəbərlər

12 min ədəd aşkar edilib - FOTO

20-07-2016, 15:33

12 min ədəd aşkar edilib  -  FOTO
Dövlət Gömrük Komitəsi məlumat yayıb.

 Tovuz Gömrük İdarəsininəməkdaşları 2 fakt üzrə 12 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Xeberman.com - a verilən xəbərə görə, idarəyə daxil olan əməliyyat məlumatı əsasında "Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan 8 min ədəd siqaret aşkar edilərək götürülüb.

Azərbaycan Respublikası vətəndaşı olan daha bir şəxs isə minik avtomobilində ölkə ərazisinə 4 min ədəd siqaret keçirmək istəyib. Lakin gömrükçülərin sayıqlığı nəticəsində üzərində aksiz markası olmayan siqaretlər "Sınıq Körpü” gömrük postunda aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.
12 min ədəd aşkar edilib  -  FOTO
12 min ədəd aşkar edilib  -  FOTO
12 min ədəd aşkar edilib  -  FOTO
12 min ədəd aşkar edilib  -  FOTO
12 min ədəd aşkar edilib  -  FOTO

Administratorla əlaqə

077 611-55-22

[email protected]