Əsas Səhifə / Xəbərlər

Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olundu – FOTOLAR- VİDEO

6-07-2016, 10:28

Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olundu – FOTOLAR- VİDEO
Bununla da Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olunub.

"Azəravtoyol” ASC-dən Xeberman.com –a verilən məlumata görə, Kiş çayının məcrasına yerləşdirilən12paqon-metruzunluğunda suötürücü dəmir-beton boruların üzərindən xüsusi texnikanın köməyi ilə yeni yol hissəsi salınıb.Müvəqqəti yol 4 metr enindədir.

Bütün işlər birbaşa olaraq"Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altındaəraziyə cəlb olunmuş lazımi sayda canlı qüvvə və texnika vasitəsi ilə qısa müddət ərzində və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Artıq Kiş çayı üzərində yerləşən və sel suları nəticəsində dağılmışkörpünün bərpa edilməsi istiqamətindəhazırlıqişləri görülür. Bunun üçün hazırda layihə-smeta sənədləri hazırlanır, ərazidə geoloji-kəşfiyyat işləri aparılır.

Xatırladaq ki,iyul ayının 3-ügecə saatlarında Şəki rayonu ərazisində yerləşən yerli əhəmiyyətliŞəki-Kiş avtomobil yolunun 1-ci kilometriliyində, Kiş çayı üzərində yerləşəniki aşırımlı avtomobil körpüsünün orta dayağını dağlardan gələn lil-sel kütləsi yuyub aparmış, nəticədə körpünün hər iki aşırımı uçduğundan Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi tamamilə kəsilmişdir. Kiş çayında dağlardan gələn lil-palçıq tullantılarının qalınlığı təxminən1-1,5 metridi.

Təbii fəlakətin baş verdiyi əraziyə dərhal"Azəravtoyol” ASC-nin mütəxəsisləri və ağır texnikası cəlb olunmuşdu. Avtonəqliyyat vasitələrinin rayon mərkəzi ilə əlaqəsi yalnızOxud yolundan istifadə etməklə mümkün idi ki, bu yolun da uzunluğu təxminən10 kilometrdir.

Qeyd edək ki, iki aşırımlı (2 x 31m) avtomobil körpüsünün ümumi uzunluğu 74 metr, qabariti isə 8,4 metr idi.


Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olundu – FOTOLAR- VİDEO
Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olundu – FOTOLAR- VİDEO
Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olundu – FOTOLAR- VİDEO

Administratorla əlaqə

077 611-55-22

[email protected]