Əsas Səhifə / Xəbərlər

Elmar Məmmədyarov Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer ilə görüşüb

30-06-2016, 20:34

Elmar Məmmədyarov  Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer ilə görüşüb
XariciİşlərNazirliyinin mətbuat xidmətindən  Xeberman.com- a verilən məlumata görə, görüş zamanı nazirlər Almaniyanın ATƏT-ə sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi barədə son vəziyyətlə bağlı həmkarına məlumat verərək, münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini qeyd edib və bu xüsusda Almaniyanın ATƏT-ə sədrliyi dövründə mühüm töhfə verə biləcəyinəümidvarlığını ifadə edib.

Görüşdə həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadəolunub. Bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]