Əsas Səhifə / Xəbərlər

Bakıda "Gömrük bəyannamələrinə dair TAIEX seminarı" başlayıb -FOTOLAR

6-06-2016, 17:43

Bakıda "Gömrük bəyannamələrinə dair TAIEX seminarı" başlayıb -FOTOLAR

Dövlət Gömrük Komitəsindən (DGK) Xeberman.com -a verilən məlumata görə, qurumun müxtəlif strukturlarının əməkdaşlarının iştirak etdiyi seminarın məqsədi gömrük bəyannamələrinə, xüsusilə tətbiq edilən ən son metod və texnologiyalara dair Avropa İttifaqının təcrübəsi barədə məlumat verməkdir.

Seminarda çıxış edən DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov göstərilən dəstəyə görəAvropa Komissiyasıvə ekspertlərə təşəkkürünü bildirərək son dövrlərdə Azərbaycan gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklərdən bəhs edib, xüsusilə tranzit sistemi barədə Avropa İttifaqının təcrübəsinin öyrənilməsi və tətbiq olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, iki gün davam edəcək seminarda Bolqarıstan, Slovakiya və İtaliyadan olan ekspertlər - Marian Çodak, Elenka Petrova, Gaetano Sassone, Viktoriya Vassileva "Beynəlxalq hüquqi çərçivə”,"Aİ Tranzit sistemi”, "Tranzit malların bəyan edilməsi”, " Aİ gömrük idxal və ixrac prosedurları”, "Elektron bəyanetmə”,"Ümumi bəyannamə” mövzularında iştirakçıları məlumatlandıracaqlar.

Bakıda "Gömrük bəyannamələrinə dair TAIEX seminarı" başlayıb -FOTOLAR
Bakıda "Gömrük bəyannamələrinə dair TAIEX seminarı" başlayıb -FOTOLAR

Administratorla əlaqə

077 611-55-22

[email protected]