Əsas Səhifə / Xəbərlər

Xəstəxanalardan birində əhalinin onkoloji müayinəsi keçiriləcək

25-05-2016, 18:30

 Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Xeberman.com- a verilən məlumata görə, müayinələriSəyyar Diaqnostika Kompleksininixtisaslaşmış onkoloqlarıaparacaq.

Məlumata görə,Səyyar Diaqnostika Kompleksinin əsəs məqsədi skrininq, şişönü və şiş xəstəliklərinin erkən aşkar edilməsidir. Kompleksin əsas vəzifəsi Azərbaycanın müxtəlif bölgələrində əhalini təmənnasız olaraq müayinələrdən keçirməkdir. Skrininq zamanı müraciət edənlər müxtəlif növ müayinələrdən keçir, hər hansı patologiya aşkar olunduqda həmin xəstələr müvafiq profilli xəstəxanalara göndərilir. Profilaktik müayinələrin şiş xəstəliklərinin erkən aşkar edilməsində, vaxtında düzgün müalicə olunmasında ölüm faizinin azalmasında böyük rolu var.

Kompleksin tərkibində 1 mammoqraf, 1 rentgen aparatı, 1 ultrasəs aparatı var. Kompleksdə ginekoloji baxış, ultrasəs müayinəsi, döş qəfəsinin rentgenoskopiyası, süd vəzilərinin mammoqrafiyası müayinələri aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]