Əsas Səhifə / Yazarlar

Yuxudan Ayılın!

5-04-2014, 21:16

Hər şey normaldı, dərsimi bitirib evə qayıdırdım,hava küləkli idi,və qəfildən sürətlənən külək bütün bədənimi titrətdi,özümü küləkdən qorumağa çalışıirkən balaca otlardan tutmuş, qocaman ağaclara qədər bir anlıq keçdi nəzərlərimdən..hər biri var qüvvəsilə torpağa dayanaraq, sinə gəlirdi küləyə.......lap kövrəyi də, qocaman, sərti də........... bunlar gəldi urəyimə:
Ey yarananlar, Ey nankörlar, biz Yaradanın mində bir faizi qədər deyilik, əgər o istəsə, bizi düşünə bilməyəceyimiz qədər qısa zamanda yox edər.Hər anımız elə qəfildən dəyişər ki, nəyin -necə olduğunu,kimin-kim olduğunu belə, xatırlaya bilmərik,axı bütün bu dediklərimi biz görərək, eşidərək, şahid olaraq, yaşlanırıq və yaşadığımız hər anda da bunlar davam edir.............
O zaman sual verirəm sizlərə:
--bəs biz insanlar niyə nankoruq? niyə hiyləgərlik? saxtakarıq? niyə özümüzdən başqa gəlirimizdən başqa heç kimi? heç nəyi düşünmürük,niyə?
biri bahalı maşınını? biri bahali villasını? biri daş qaşını? biri nəbilim nələrini düşünür--aralarımızda elə insanlar var ki? ana-atasıdan çox pulunu sevir? deyir:
--meni kişi edən, bu kağızlardır!
elələlrimiz var ki,uşağının əlindən çörək alıb yeyir ki, mən doyum sonra sən yeyərsən,analar var ki, uşağını məcbur edir dilənməyə, ərlər var ki həyat yoldaşını evdən qovur ki, get pul gətir,qardaşlar var ki, ata malı üstündə qırır bir-birini,bacılar var ki, bir oğlana görə nifrət edir bir-birinə,bir az da dərindən düşünsək...qoca anasını dilənməyə vadar edənləri,qoca atasını yararsızsan deyib də, küçəyə atanları,bacısını xarici ölkələrə pul qazanmağa göndərib də özü burda qeyrətdən,namusdan dəm vuranları da qeyd edə bilərik.. baxın o zaman, inanın ki,dəli olarıq--biz necə insanıq? vəhşilərdən nə fərqimiz var?----ancaq görünüşümüzdə??
O görünüşü? biz bir an icində itirə bilərik--kaş, bunu anlaya bilərdik necə ki, var olan yox olur. heç olmayan dünyaya gəlir heç olmasa bir anliq düşünün ki,biz heç kimik və heç kim olacağıq, var olanların və olmayanların sahibi Tanrıdır əlinizdə olanlar, yanınızda olanlar, ətrafinızda olanlar, bütün canlı-cansız ona məxsusudur,biz şüurusuz insanlar, onun var dövlətinı ona qarşı qoyuruq---bizə nə ad vermək olar ki?
Allah bizə bu dunyanı verdi ki, ey insan, yaşa, qur, sev, sevil, amma .bu dunyanı o vəziyyətə getirmişik ki,bəlkə də, həqiqətən bilsək nə vəziyyətdədir,ən azından özümüz-özümüzə nifret edərik....
Güya inkişaf etmişik, amma qazandıqlarımız itirdiklərimizin qarşısnda nəzərə alınmayacaq qədər azdır, bunu bilirik ,görürük və hər birimiz bundan öz zərərimizi görürük, amma heç kim özünə bəsdir, belə etməyək demir-şüursuz bir sürü kimi davam edirik ki,görək nə zaman təbiət bezəcək, Tanrı nə zaman qəzəb daşı yağdıracaq başımıza........
bunu istəyirik??
Ay insanlar, bəlkə insanlaşmanın zamnı gəlib??anlayın və ayılın bu yuxudan!!!!!!!!!!

Aytən Səfərova

Administratorla əlaqə

077 611-55-22

[email protected]