Əsas Səhifə / Yazarlar

Mən Yazar deyiləm...

13-03-2014, 11:30

Anlamıram niyə mənə yazar deyirlər?!
Yazar olmaq üçün mənim ilk öncə gərək özüməməxsus düşüncə tərzim olmalıdı ki, fikrim insanların fikrinndən fərqlənsin.Daha sonra yaxşi ilə pisi bir birindən ayırmaq bacarığı olmalıdı ki, Yaxınım və sevdiyim birində pisi yaxşı,düşmənimdə olan yaxşını da pis qəbul etməyim.Bir sözlə zərgərlərə məxsus məhəng daşı olmalıdır məndə ki, əsl qızılı saxtasından ayıra bilim.
Zövq bu işin duzudur.Zövqü olmayan yazarın heç nəyi yoxdur.Ona görədir ki,mən yazar adına laiq olmadığımı düşünürəm.
Düşünmək dedim yaxşı yadıma düşdü. Yazar daim gərək təfəkkür halında olsun.Az danışsın.Danışanda da qısa və mənalı qursun cümlələri.
Xalqına ürəyi yanmayan və dərdini öz dərdi bilməyənə nəinki yazar heç insan da demək olmaz.
Nəisə... Yazmağa söz çoxdur amma mən yazar deyiləm...

Zaur Tahirsoy

Administratorla əlaqə

077 611-55-22

[email protected]