Əsas Səhifə / Layihə

"Öndər kuboku" layihəsi uğurla başa çatdırılıb.

23-03-2016, 23:07
"Öndər kuboku" layihəsi uğurla başa çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilən "Öndər kuboku" layihəsi uğurla başa çatdırılıb. Belə ki, 19 martda layihənin sonuncu mərhələsi olan "Bağlanış mərasimi" baş tutub. "Bağlanış mərasimi" Xəmsə - milli intellektual oyunu formatında təşkil olunan layihənin final mərhələsində iştirak edən və qalib gələn komanda üzvlərinə diplom və hədiyyələrin təqdim edilməsi ilə əlamətdar olub. Tədbirdə çıxış edən layihə rəhbəri Fariz Quliyev layihədə 100-dən çox gəncin iştirak etdiyini qeyd edib və bildirib ki, gənclərin milli tematikaya istiqamətlənən intellektual oyunlara marağının artmasında bu layihənin də özünə məxsus izi olacaqdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]