Əsas Səhifə

Hacı Şahin Həsənlinin komandiri: "...demişdim ki, sən gələcəkdə Azərbaycan üçün dəyərli insan olacaqsan."

12-03-2016, 21:39
Xeberman.com xəbər verir ki, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin komandiri Qarabağ qazisi Habil Şirinov, Hacı Şahin Həsənli haqda xoş sözlərini paylaşıb.  O deyir: "Sevindirici haldır ki, 1995-1997-ci illərdə Ağdam-Tərtər bölgəsində ön cəbhədə mənim tabeleyimdə olan bölükdə qulluq etmişdir. O zaman biz hər gün, müharibənin başlanğıcını gözlədiyimiz üçün, döyüşə hazır vəziyyətdə idik.Əsgərlərimiz hər gün döyüş hazırlığı keçirdi.Mənim yaxşı yadımdadır əsgər Həsənov döyüş tapşırıqlarını həmişə əla yerinə yetirirdi. O öz savadı, dünyagörüşü ilə əsgər yoldaşlarından fərqlənirdi. Əsgər Həsənovla fərdi söhbətlərdə onun hazırlığı, hadisələrdə özünəməxsus məntiqi baxışları məni və digər zabitləri heyran ediridi. O ordudan təxis olanda ona demişdim ki, sən gələcəkdə Azərbaycan üçün dəyərli insan olacaqsan. Onun vətənsevərliyi yüksək intellekti məni belə düşünməyə vadar etmişdir. Şadam ki, dinimizi dünayada ali din kimi tanıdan ilahiyyatçı Hacı Şahinlə vaxtı ilə cəbhə bölgəsində bir yerdə qulluq etmişik. Allah gənclərimizi qorusun. Amin."
Hacı Şahin Həsənlinin komandiri: "...demişdim ki, sən gələcəkdə Azərbaycan üçün dəyərli insan olacaqsan."

Administratorla əlaqə

077 611-55-22

[email protected]