Əsas Səhifə / Ölkə

Laçın rayon Yol idarəsinə ayrılan pullar hara xərclənib? FOTOLAR

8-03-2016, 20:17
Laçın rayon Yol idarəsinə ayrılan pullar hara xərclənib? FOTOLARLaçın Rayonu erməni faşistləri tərəfindən işxal olunduqdan sonra Laçın əhalisinin xeylisi Ağcabədi Rayonu ərazisində Laçın qış yataqlarında məskunlaşdı.Digər rayon və şəhərlərdə məskunlaşmış Laçınlılardan fərqli olaraq Laçın obalarında yaşayan əhali daha ağır şəraitdə yaşamaq məcburiyyətində qaldı.Sosial problemlərin girdabında çabalayan Laçınlı köçkünlər Dövlətin və Hökumətin qayğısını hiss etməklə çətinliklərə tablaşaraq gələcəyə nikbin baxırdı. Azərbaycan Respublikasının Möhtərəm Prezidenti İ.Əliyev cənabları qaçqın və məcburi köçkünləri daima diqqət mərkəzində saxlamaqla sosial problemlərin həlli üçün hər il Dövlət büdcəsindən xeyli miqdarda vəsait ayırır. Təssüf ki, bəzən bu vəsaitlər bəzi məmurlar tərəfindən mənimsənilır və nəticədə həllini gözləyən problemlər üst-üstə yığılaraq haqlı narazılıqlara səbəb olur. 2013-cü ildə Laçın rayonun Yol İstismar İdarəsinə M.Musayev müdir təyin olunduqdan sonra Laçın obalarında yaşayan əhalinin ciddi problemləri yarandı.
Beləki, ötən üç il ərzində rayonun yol idarəsinə 35000 manat vəsait ayrılsada həmin vəsaitdən bircə manatıda təyinatı üzrə xərclənmədi.Laçın obalarına gedən yolların bəzilərində məcburi köçkünlərin inkişaf fondu hesabına çınqıl örtük verilsədə Laçın yol idarəsinə ayrılmış vəsait hesabına bir metrdə olsun yola çınqıl örtük verilmədi. Bu illər ərzində rayonun Yol İstismar İdarəsinə ayrılmış vəsaitlərdən yalnız sabiq İcra Başçısı A.Səlimovun şəxsi fermasının yollarına çınqıl örtük verildi. Qalan vəsait isə A.Səlimovla M.Musayev arasında şəxsi əmlakı kimi bölündü. Özünü rayonda super güc hesab edən M.Musayev Dövlət əmlakını mənimsəyərək cəzasız qalacaqını düşünürdü. Lakin A.Səlimovun vəzifəsindən azad edilməsi M.Musayevidə qorxuya salıb.Baş Prokurorluqun A.Səlimovun 3 illik fəaliyyətini yoxlaması haqda mətbuatda yayılan məlumatlardan sonra M.Musayev bütün vəsaitlərin A.Səlimov tərəfindən mənimsənildiyi haqda şaiyələr dövriyyəyə buraxdırır. Biz inanırıq ki, Baş Prokurorluq Laçın Yol İstismar idarəsində araşdırma aparılmasına və oğurlanmış vəsaitlərin Dövlət büdcəsinə qaytarılmasına dair aidiyyatı orqanlara göstəriş verəcək.
dogruxeber.com
Laçın rayon Yol idarəsinə ayrılan pullar hara xərclənib? FOTOLARLaçın rayon Yol idarəsinə ayrılan pullar hara xərclənib? FOTOLARLaçın rayon Yol idarəsinə ayrılan pullar hara xərclənib? FOTOLARLaçın rayon Yol idarəsinə ayrılan pullar hara xərclənib? FOTOLAR

Administratorla əlaqə

077 611-55-22

[email protected]