Əsas Səhifə / Media

“Bu şəhərdə”nin yeni konsertindən eksklüziv - REPORTAJ - FOTOLAR

6-03-2016, 23:42

“Bu şəhərdə”nin yeni konsertindən eksklüziv - REPORTAJ - FOTOLARElnarə Avdullayeva, Azər Axşamın parodiya edildiyi konsertdən...

 


"Bu şəhərdə”nin aktyorları, əməkdar artist Coşqun Rəhimovla Rafael İsgəndərov Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. 

Musavat.com xəbər verir ki, "8 Mach” adlı  7 günlük konsertin ilk günü baş tutub.
Konserti gənc xanəndə Elnur Zeynalov öz ifası ilə açıq elan edib. 

İlk səhnəcikdə "Hər axşam" verilişi və  aparıcısı Azər Axşamı parodiya edilib. Azəri Coşqun, qonağı, əməkdar artist Elnarə Abdullayevanı Rafael canlandırıb. Səhnəcikdə ölkədə yaşanan maddi böhran, qiymət artımına işarə vurulub. Şou-biznesdə yaşanan durğunluq isə "Elnarə Abdullayeva" tərəfindən dilə gətirilib. 

"8 Martda hədiyyə" adlanan ikinci səhnəcikdə isə yumoristlər ər-arvad obrazını canlandırıb. Burada qadın həyat yoldaşına anaların övladlarına çəkdikləri əziyyəti qurduğu plan sayəsində başa salır. Səhnəciyin sonunda kişi həyat yoldaşının əlindən 8 dəfə öpür. Konsertin adi "8Mach" bu səhnəcikdən götürülüb.

Üçüncü səhnəcikdə Xurşidbanu Natəvan fransız yazıçısı Aleksandr Düma görüşüb. Burada həm siyasi, həm də geosiyasi məsələlərə toxunulub. Natəvan Dümaya dərs verir. Növbəti səhnəcikdə ailədaxili problemlər əks olunub. Qayınana-kürəkən münasibətlərinə yer verilib.

 Əməkdar artistlər sonda toy səhnəciyi ilə səhnəyə çıxıblar. Konsert tamaşaçıların alqışları ilə sona çatıb.

Qeyd edək ki, yeddi günlük konsert martın 13-də başa çatacaq.

Könül İbrahim
Musavat.com
“Bu şəhərdə”nin yeni konsertindən eksklüziv - REPORTAJ - FOTOLAR“Bu şəhərdə”nin yeni konsertindən eksklüziv - REPORTAJ - FOTOLAR“Bu şəhərdə”nin yeni konsertindən eksklüziv - REPORTAJ - FOTOLAR“Bu şəhərdə”nin yeni konsertindən eksklüziv - REPORTAJ - FOTOLAR“Bu şəhərdə”nin yeni konsertindən eksklüziv - REPORTAJ - FOTOLAR“Bu şəhərdə”nin yeni konsertindən eksklüziv - REPORTAJ - FOTOLAR“Bu şəhərdə”nin yeni konsertindən eksklüziv - REPORTAJ - FOTOLAR“Bu şəhərdə”nin yeni konsertindən eksklüziv - REPORTAJ - FOTOLAR“Bu şəhərdə”nin yeni konsertindən eksklüziv - REPORTAJ - FOTOLAR“Bu şəhərdə”nin yeni konsertindən eksklüziv - REPORTAJ - FOTOLAR

Administratorla əlaqə

077 611-55-22

[email protected]