Əsas Səhifə / Müsahibə

Könül Şıxaliyeva: Ailə həyatı qurmaqla yanaşı oğlan övladıda dünyaya gətirməyi də planlaşdırmışam

3-09-2015, 09:47

Yeni çıxan bir müğənni olmağına baxmayaraq səni televiziyalarda çox az görürük. Saytlarda özün haqqında sənətin haqqında müsahibən demək olarki yox səviyyəsindədir buna səbəb nədir?

- Dəvət almıram. Gedib kiminsə qapısın döyməyəcəmki məni hansısa verilişinizə qonaq çağırın.

Bəlkə tənbəllik sənin özündədir,yeni mahnilar yazdirmirsan ,sənətçi olaraq maraqlı fotosessiyalar elətdirmirsən?

- Gərək maliyyə, sənə dəstək olan biri olsunki yeni layihələr,mahnılar olsun.Hələki öz gücümlə irəli getməyə çalışıram.

Maliyyə mövzusundan söhbət açmışkən Könül şou biznesdə sponsor anlayışı sənin fikrincə nə məna kəsb edir?

-Mən ele söhbətlərə inanmıram, amma ki olsa pis olmaz.Kimsə gəlsin sənə 50 min manat təklif elesinki get öz işlərinlə məşgul ol pis olmaz.

Bir ara sponsor axtarışına çıxmışdın nə məsələ idi?

-Bu dəqiqədə sponsor axtarıram problem deyil (gülür...) Amma başqa bir niyyətlə sponsor olmasın əgər ele olsaydı müğənni niyə olurdum asan yolnan pul qazanardıqda.

Sponsorum yoxdur deyirsənsə,sürdüyün bahalı arabanı,evi kim alıb sənə?

-Mən sənətə 2 ildir gəlmişəm amma maşinim,evim artıq on ildirki var.Hətta tanınmış müğənnilərin sürdüyü maşına yaşadıqları kirayə evə baxanda gülməkdən ölürəm.Şükürki görüb gəlmişəm bu sənətə və sənətdən əlavə şəxsi biznesnəndə gəlir əldə edirəm .
Bu dəqiqə dəb halını alıbki ərindən boşanan qadın şou biznesə qoşulur və müğınniliyə başlayır.Buna münasibətin necədi?

-Gərək səhnəyə efirə çıxanda nəsə qadın kimi səsdən əlavə görünüşündə olsunda (gülür...) .Səhnə gözəlliyi sevir və məndə o gözəllərdən biriyəm .

İkinci dəfə ailə həyatı qurmağı fikirləşirsənmi?

-Niyədə yox ,ailə həyatı qurmaqla yanaşı oğlan övladıda dünyaya gətirməyi də planlaşdırmışam.

Birdən yoldaşın sənə sənətində qadağa qoysa necə olacaq ?

- İnsanda sevgi,inam hissi olandan sonra boş söhbətdi qalan şeylər.

Sənətində hansı yeniliklər var?

-Çox böyük yeniliklərim olacaq,hətta adımı belə dəyişəcəm.Yeni adda və yeni imicdə bambaşqa bir Könül gələcək.

Yəni fikirləşirsənki Könül adı sənə uğur gətirmədi yetərincə bu sənətdə və adını dəyişmək qərarına gəldin?


- Bəli bu sənətdə Könüllər çoxdu və mənim yeni adlımdan Azərbaycanda olmayacaq
Elmin Nəbiyev
Yeniliik demişkən bu yaxınlarda yeni adımla və mahnımla bərabər yeni klipimin də təqdimatı olacaq.
a









Administratorla əlaqə

077 611-55-22

[email protected]