Əsas Səhifə / Media

Onlar nəinki Xocalı faciəsini, ümumən, erməni vəhşiliyinin "tarix yazan” hər bir qanlı səhifəsini bütün ölkələrə çatdırılmasını istəyirlər.

27-02-2016, 18:14
Onlar nəinki Xocalı faciəsini, ümumən, erməni vəhşiliyinin "tarix yazan” hər bir qanlı səhifəsini bütün ölkələrə çatdırılmasını istəyirlər.
Həmin universitetin Yeni media və kommunikasiya texnologiyaları kafedrasının dosenti, fəl.ü.fəlsəfə doktoru Mübariz Əhmədov da Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı keçirilən tədbirlərə öz münasibətini bildirib: "Bu aksiyanın keçirilməsi təqdirə layiqdir. Amma mənə görə hər birimizin mənəvi azadlığı, torpaqlarımızın azadlığından keçir. İlboyu telekanallarımızda çal-çağır edib, yalnız ildönümlərində bir günlük 20 yanvar və ya Xocalı soyqırımını yad etməklə itirdiklərimizdən get-gedə uzaqlaşa bilərik. Erməni vəhşiliyini dünyaya bəyan etmək və Xocalı soyqırımının bütün ölkələr tərəfindən tanınması üçün, "Xocalıya ədalət" kompaniyası gündəmdən düşməyən mövzu kimi həmişə aktual olmalıdır. Bu işdə gənclərimiz yeni texnologiyalardan istifadə edərək daha da fəal olmalıdırlar. Qoy dünya gözlərini açsın, bizim ondan istəyəcəyimiz bir şey varsa, o da ədalətdir, obyektivlikdir, dürüstlük və vicdanlı olmaqdır". Xatırladaq ki, ötən il İlk Avropa Oyunları ərəfəsində Filologiya və jurnalistika fakültəsinin I kurs tələbəsi Mətin Qafqazlı özündə Xocalı faciəsini əks etdirən 3000 bülleten hazırlayıb Bakıya gələn turistlər paylamışdı. Lakin, asayiş keşikçiləri onun təkbaşına keçirdiyi bu aksiyaya bəzi yerlərdə mane olmuşdular. Azadə Bayramova

Administratorla əlaqə

077 611-55-22

[email protected]