Əsas Səhifə / Ölkə / Kriminal

 DYP işçisi vətəndaşa SİLAH ÇƏKİB

20-02-2016, 18:41

Göytəpə DYP Postunun inspektoru İlham Ağayev atası ilə birlikdə Ərkivan qəsəbəsi sakini Mürvət Məmmədovun torpağını zəbt edib

Masallı rayon, Ərkivan qəsəbə sakini Mürvət Məmmədov sahibi olduğu torpağı istifadə edə bilmir. Belə ki, Mürvət Məmmədov deyir ki, "qonşusu və Viləşçay Su Anbarının müdiri olan Ağabəy Ağayev ona məxsus olan torpağı əlindən almağa çalışır. 

Şikayətçinin sözlərinə görə, ev tikmək üçün aldığı bu sahəyə göz dikən Ağabəy Ağayev, "burda mənəm Bağdada kor Xəlifə "deyərək, ona qarşı çıxanlara göz verib, işıq vermir. Kimsə nəsə deyəndə də "heç kim mənə heç nə edə bilməz, mənim güvəndiyim arxa, dayaqlarım var” söyləyir.

Şikayətçi qeyd edib ki, Ağabəy Ağayev oğlu ilə birgə vətəndaşa hədə-qorxu da gəlirlər. İlham Ağayev hətta ona silahla hücum da çəkib.

Bildirək ki, Ağabəy Ağayevin oğlu İlham Ağayev Dövlət Yol Polisi işçisidir və Göytəpə postunda çalışır.Qeyd edək ki, bu, Göytəpə postunun İnspektoru İlham Ağayevin adının hallandığı ilk belə hal deyil. Belə ki, bu şəxs öz vəzifəsindən sui-istifadə edərək, dəfələrlə bu kimi özbaşınalıqlar etməklə gündəmdə qalmağı bacarıb. Prezidentin tapşırığına belə məhəl qoymayan İlham Ağayev həbs edilən MTN generallarından biri ilə yaxın qohumdur. Daha doğrusu, onun MTN general Subayir Qurbanovun yaxın qohumu olduğu qeyd edilir.(btv.az)Şikayətçi Məmmədov deyir ki, dəfələrlə bununla bağlı aidiyyatı qurumlara şikayət etsə də, hər dəfə yalan vədlər verərək, süründürürlər. 7 aydır yollarda qalan Ərkivan sakini dövlət qurumlarından dəstək istəyir. (publika.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]