Əsas Səhifə / Siyasət

Fatma Əliyeva: “Lider dövlət olan Azərbaycanın varlığı məhz 1993-cü ilin 15 iyunundan başlayır”

17-06-2015, 09:33

15 İyun – Milli Qurtuluş Gününün 22-ci ildönümü ilə bağlı Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qərargahında toplantı keçirilib.
Toplantını açaan partiyanın sədri Fatma xanım Əliyeva bildirib ki, Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan – Heydər Əliyevdir: “Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla ölkəmizin suverenliyini, müstəqilliyini xilas etdi. Həmin tarixdən cəmi 22 il keçməsinə baxmayaraq Milli Qurtuluş Günü, bu günün səbəbləri, nəticələri hər zaman maraqla müzakirə olunur. çünki hazırda Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın varlığı məhz 1993-cü ilin 15 iyunundan başlayır: ”15 iyun Azərbaycanın tərəqqisinin, inkişafının başlanğıcıdır. 1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsinin astanasında idi, ölkədə xaos, qarışıqlıq, anarxiya hökm sürürdü, Azərbaycan separatçılar tərəfindən bölüşüdürüləcəkdi. Azərbaycan dünyanın siyasi xəritəsindən dövlət kimi silinəcəkdi… Əgər Heydər Əliyev gəlməsəydi… Heydər Əliyevin Azərbaycan hakimiyyətinə yenidən qayışıdı dövlətin xilası ilə yanaşı, ona qarşı çıxan radikal müxalifəti də Surət Hüseynovun dar ağacından xilası oldu. Bu gün həmin şəxslər də 15 İyun gününü müzakirə edirlər, lakin bu müzakirələr özünümüdafiə xarakteri daşıyır. Heydər Əliyevin 2001-ci il 20 mart tarixli fərmanında bu barədə deyilir: “Təəssüf ki, 1991-1993-cü illərdə bu istiqamətdə bu barədə heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı, daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı”.
Partiya sədri onu da bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü Ulu öndər Heydər Əliyevin bütünlüklə xalqı azərbaycançılıq ideyası ətrafında birləşdirməsinin bariz sübutu oldu. Bu ideya ölkəmizin inkişafında, keçdiyi yolda hər zaman vətəndaşlarımızın bir amal uğrunda birləşdirilməsində müstəsna rol oynayıb. Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyunun tarixi nailiyyətləridir. Bu gün həmin ideyalar Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilir: “Prezident İlham Əliyev də Ulu öndərin bu sözlərinin həqiqət olduğunu sübuta yetirdi və Heydər Əliyevdən miras qalan Azərbaycan dövlətçiliyini daha da inkişaf etdirdi. Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib və dövlətimiz günü-gündən güclənir, qüdrətlənir. Böyük Türk dünyasının dahi şəxsiyyətlərindən biri Çingiz Aytmatovun dili ilə desək, Prezident İlham Əliyev qloballaşan dünyanın müasir lideridir”.
Daha sonar partiyanın rəhbərliyində təmsil olan şəxslər 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı qısa müzakirələr aparıblar. Onlar bildiriblər ki, həmin dönəmlərdə müstəqillik yoluna qədəm qoymuş respublikamızın qarşısında yeni mərhələdə tarixi vəzifələr dururdu. Tarix bu vəzifələrin yerinə yetirilməsi üçün ölkənin intellektual, sosial – iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi. Qeyd olunub ki, xalqın tələbi ilə hakimiyyətə bu qayıdışın dövlətçiliyimiz üçün misilsiz faydası oldu. Bu tarixi qayıdış sözün həqiqi mənasında Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu idi.
Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki AXC-Müsavat cütlüyündən miras qalmış xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsi qısa zamanda aradan qaldırıldı. Bir sözlə, Ulu öndərin Naxçıvanda əsasını qoyduğu milli qurtuluş savaşının əsl zəfər yürüşü başlandı. … 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə qoca Qafqazın bu bölgəsində yeni siyasi bir dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]