Əsas Səhifə / Layihə

Aparıcı Saleh Bağırovla Musahibe.az saytı görüş təşkil etdi

13-02-2016, 23:08
Aparıcı Saleh Bağırovla Musahibe.az saytı görüş təşkil etdi
Fevral ayının 13-də Musahibe.az saytı İctimai Tv-nin aparıcısı, eyni zamanda direktor müavini olan Saleh Bağırovla görüş təşkil etdi. Görüş jurnalistika sahəsi üzrə təhsil alan təıəbələrin və jurnalist olmaq istəyən gənclərin iştirakı ilə baş tutdu. Saytın sözügedən görüşü təşkil etməkdə əsas məqsədi, S.Bağırovun televiziya və radio sahəsindəki 15 illik təcrübəsini iştirak edən gənclərlə bölüşməsi idi. Diskussiya şəklində baş tutan görüş, bir sıra maraqlı məqamlarla yadda qaldı. Belə ki, gənclərin suallarını cavablandıran S. Bağırov özünün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib, elə həmin il Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlamasından, radio və Tv sahəsinə qədər keçdiyi mərhələlərdən söz açıb. O, jurnalistikanın radio və Tv sahəsindəki bir sıra zəruri nüansları diqqətə çatdıraraq, bu sahəyə marağı olan gənclərə lazımi tövsiyyələrini verib. Görüşün sonunda gənclərlə xatirə şəkli çəkdirilib.
Azadə Bayramova
Aparıcı Saleh Bağırovla Musahibe.az saytı görüş təşkil etdi
Aparıcı Saleh Bağırovla Musahibe.az saytı görüş təşkil etdi
Aparıcı Saleh Bağırovla Musahibe.az saytı görüş təşkil etdi
Aparıcı Saleh Bağırovla Musahibe.az saytı görüş təşkil etdi



Administratorla əlaqə

077 611-55-22

[email protected]