Əsas Səhifə / Gündəm / Media

Prokurorluq Gülmira Aslanovanın şikayəti üzrə araşdırmaya başlayıbla

13-04-2022, 17:52
 Həbs cəzası çəkən Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova aprelin 9-da Nizami Rayon Prokurorluğuna dəvət olunub.
"Həyat yoldaşımın kamera yoldaşları tərəfindən döyülməsi barədə ətraflı məlumat verdim. Cinayət işi açılmasını xahiş və tələb etdim. Müstəntiq araşdırma aparmağı vəd etdi", deyə Aslanova öz Facebook səhifəsində yazıb.
O hesab edir ki, həyat yoldaşına qarşı təxribatda birbaşa Penitensiar Xidmətin əli var, belə ki, ərini döyən şəxs həbsxana administrasiyası ilə "əməkdaşlıq edir".
Onun sözlərinə görə, həbsxana administrasiyası ərini vuran məhbusun karserdən çıxdıqdan sonra başqa kameraya salındığını bildirməklə kifayətlənib.

Onun sözlərinə görə, həbsxana administrasiyası ərini vuran məhbusun karserdən çıxdıqdan sonra başqa kameraya salındığını bildirməklə kifayətlənib.
Amma o hesab edir ki, hüquq-mühafizə orqanları məhbusun məsuliyyətə cəlb edilməsi və başqa müəssisəyə köçürülməsi üçün təsirli tədbirlər görməlidir.
Aslanova həmçinin bildirib ki, onun ərini qoruyan məhbus İsgəndər Hüseynov yeddi günlük karserə salınıb.

Ötən həftə Aslanova iki dəfə - Penitensiar Xidmətin və Prezident Administrasiyasının qarşısında ərini döyən məhbusun cəzalandırılması və jurnalistin təhlükəsizliyinin təmin edilməsi tələbi ilə etiraz aksiyası keçirib.
O hesab edir ki, həyat yoldaşına əfv xahişi yazmağa və hüquqları uğrunda mübarizəyə və cəzaçəkmə müəssisəsindəki mənfi halları ictimailəşdirməyə son qoymağa vadar etmək məqsədilə təzyiq göstərirlər.
Xatırladaq ki, xeberman.com saytının təsisçisi və rəhbəri Polad Aslanov 2019-cu ilin iyununda dövlətə xəyanət ittihamı ilə həbs edilib və 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Fevralın 24-də Ali Məhkəmə onun cəza müddətini 13 ilə endirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]