Əsas Səhifə / Gündəm / Siyasət

ABŞ-ın məşhur diplomatı Ceyhun Bayramovla insan haqlarını müzakirə edib - SAXLANILANLARIN AZADLIĞA BURAXILMASI…

1-10-2021, 09:43

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla görüşüb.
Gununsesi.info ABŞ-ın ölkəmizdəki səfirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə amerikalı diplomat təhlükəsizlik məsələləri, habelə, insan haqlarının durumuna diqqət ayrılıb:
Saxlanılan şəxslərin azadlığa buraxılmasını, minalardan təmizlənmə və siyasi barışıq kimi məsələlərdə Minsk Qrupunun həmsədr mexanizmi vasitəsi ilə bölgədə sülhün və sabitliyin təşviqinə dair irəliləyiş gözləyirik. Həmçinin, Amerika Birləşmiş Ştatları Əfqanıstanda təxliyə prosesində verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edir”.
Azərbaycan XİN isə görüşlə bağlı açıqlamasında bunları qeyd edib:
Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında ümumi fikir mübadiləsi aparıblar. ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycan sülhməramlılarının Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.
Tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə əlaqadar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən bu xüsusda konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib.
Bölgənin sülh şəraitində gələcək inkişafı üçün kommunikasiyaların açılışının və dövlət sərhədlərinin delimitasiyasının vacibliyi vurğulanıb.
Görüşdə tərəflər, habelə ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Gununsesi.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]